77 yaşlı atasını amansızlıqla öldürdü…

63

Sumqayıtda atasını öldürməkdə təqsirləndirilən Aydın Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Qeyd edək ki, hadisə iyulun 19-da baş verib.

1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqa cəlb edilən A.Rzayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.