73 illik ailə həyatından sonra eyni gündə koronavirusdan vəfat etdilər

39

Hurriyyet.org xəbər verir ki, ABŞ-da bir cütlük 73 illik birgə ailə həyatından sonra altı saat fərqlə eyni gündə vəfat edib.

Yaşlı insanların ölüm səbəbinin yeni tipli koronavirus xəstəliyinə yoluxma olduğu bildirilir. Onlar Viskonsin ştatının xəstəxanasında müalicə edilirmişlər. 92 yaşlı Meri Keplerlə 94 yaşlı Vilfred Kepler həyatlarının son günlərini eyni palatada keçiriblər. Meri Kepler öz həyat yoldaşından altı saat sonra vəfat edib.

Hurriyyet.org