70-ci illərdə səyahət olunan Aya 47 ildir niyə getmək olmur? – NASA-nın türk mütəxəssisi açıqladı

    6

    "Apollon 11"-in 50 illiyi ilə əlaqədar Aya səyahət mövzusu yenidən medianın gündəminə düşüb.

    Hurriyyet.org bu barədə musavat.com-a istinadən məlumat verir.

    Texnologiya 70-ci illərlə müqayisədə daha da inkişaf etsə də, kosmosla bağlı daha tutarlı dəlillərin əlimizdə olunduğu söylənilsə də, niyə Aya getmək olmur?

    Bu suala NASA-da işləyən türk alim Ümid Ulduz öz sosial şəbəkə hesabı vasitəsilə cavab verib.

    Ümid Ulduz Tvitter hesabındakı açıqlamada bunları qeyd edib:

    “1970–ci illərdə Aya səyahət Rusiya ilə ABŞ arasındakı bir rəqabətin nəticəsi olub. Sovet İttifqaı ilə girilən bu yarışda qalib olmaq üçün böyük büdcə ayrılmışdı. ABŞ-ın bir ilki bacarmasından sonra isə artıq bizə rəqib yox idi. Buna görə də hər iki tərəf Aya səyahət məsələsini ikinci plana atdı”.

    Aya səyahət üçün kifayət qədər büdcə ayrılmadığını qeyd edən Ulduz bu səbəbdən artıq Aya səyahətin olmadığını bildirdi.

    “İşin texnoloji tərəfinə baxsaq, o illərdəki texnologiyanı indikilərlə əlaqələndirə bilmərik. Buna görə də o səyahətin necə olduğunu unutduğumuzu deyə bilərəm”- sonda qeyd edib.