64 yaşlı erməni terrorçu döyüşmək üçün Fransadan Ermənistana gəlib

72

Hurriyyet.org xəbər verir ki, Fransa mətbuatı ölkədə yaşayan ermənilərin Azərbaycana qarşı könüllü döyüşməyə getdiyini bildirib. “Liberation” qəzeti erməni əsilli bir Fransa vətəndaşının – 64 yaşlı Gilbert Minassyanın Marseldən İrəvana səfəri barədə məqalə dərc olunub, Minassyan “müharibə qəhrəmanı” kimi qələmə verilib.

Qəzet 80-ci illərin sonunda da onun Ermənistan ordusunda olduğunu yazıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Liberation” qəzetinin linkini öz sosial media hesabından paylaşaraq belələrinin “muzdlu əsgər” kimi Azərbaycana qarşı döyüşdüyünü vurğulayıb, Fransa hökumətini belə hallara qarşı tədbir görməyə çağırıb.

Bundan əvvəl  “Le Figaro” qəzeti də Strasburqdan olan bir erməninin erməni ordusuna qoşulduğu xəbərini vermişdi.