60 yaşlı kişi günvurmadan öldü – BAKIDA

    6

    Bakı şəhərində günvurmadan adam ölüb.

    Hurriyyet.org xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rövşən Ziyəddin oğlu Muştaqov günvurma diaqnozu ilə 3 saylı şəhər Klinik Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/