588 min manatlıq yeyinti faktı, yoxsa…

594

Təhsil Nazirliyi aylardır sorğumuza nə üçün cavab vermək istəmir?

Bir neçə ay bundan öncə Gəncə Şəhər Təhsil İdarəsində 8 saylı Maliyyə Hesablaşma Mərkəzində küllü miqdarda pulun doğranmış oduna ayrılması haqqında yazı dərc etmişdik.

Xatırladaq ki, 2019-2020 ci illər ərzində Gəncə Şəhər ətiraf rayonlara, yəni Goranboy rayon, Göy-göl rayon, Samux rayon təhsilinə 588 min 690 manat ayrılması haqqında rəsmi sənət əldə etmişdik.

Aidiyyəti qurumlara bir neçə yerə sorğu göndərdik ki, bu qədər pulun həqiqətən də istifadəyə yararsız, doğranmış oduna ayrılması araşdırılsın. Bu, bizlərdə böyük şübhə doğurur.

Sorğumuz nəticəsində Baş prokurorluq cavab olaraq bildirmişdi ki, işin halları araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib. Sonradan adıçəkilən qurumun əməkdaşlarının Neftçala Şəhər ” İcraçı” Hüquqi şəxs MASTER-OFİZ MMC” şirkətində yoxlama aparılması haqqında məlumat əldə etdik. Lakin hələlik heç bir rəsmi cavab ala bilməmişik ki, işin gedişi ilə bağlı hansı nəticə əldə edilib.

Bundan əlavə, Nazirlər Kabinetinə göndərdiyimiz sorğumuza cavab olaraq Maliyyə Nazirliyinin 3 saylı Regional maliyyə müfəttişliyi tərəfindən araşdırılmasına başlanılması haqqında elektron məktub almışdıq. Lakin Maliyyə Nazirliyinin 3 saylı Regional maliyyə müfəttişi Aydın Əliyev tərəfindən aparılan araşdırma nədənsə hələlik qaranlıq qalıb. İnanmaq istəməzdik ki, kimlərsə vaxt udaraq diqqətləri dolayı yolla bu işdən uzaqlaşdırmağa çalışırlar.

Təhsil naziri Emin Əmrullayev bu vəzifəyə yeni təyin olunduğundan, 0yəqin ki, bu işlərdən xəbərsizdir. Bu səbəbdən, cənab nazirə müraciət edirik ki, Təhsil Nazirliyi bizim sorğumuza rəsmi cavab yazsın, qarşı tərəfin mövqeyini dərc edək.

 

Bununla aydın olsun ki, 2109-2020 ci illə ərzində 588 min 690 manat pulun hansı məktəblər ayrılıb və o məktəblərə nəyə görə “Təbii qaz ” çəkilməyib. Axı, ölkənin 96 %-i təbii qazla təmin olunduğu halda, həqiqətənmi, bu qədər pul istifadəyə yararsız, doğranmış odun parçalarına sərf olunub?

RƏŞAD

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.