“500 metr məsafəni gedə bilməyən yaşlı , xəstə insanlar zibili küçəyə atmağa məcbur olur” – MİRVARİ QƏHRƏMANLI

117

“Sərt karantin dövründə  İH-nin bu qərarı virusun daha çox yayılması üçün isə  şərait yaradıb” 

 “Şəkildə gördüyünüz şəxs Xətai rayon icra başçısı Quluyev Rafiq Çəpərxan oğludur . Mən bu şəxsdən ölkə başçısına şikayət etmişəm. Belə ki, Pandameya dövründə, virusun artdığı bir zamanda  İyun ayının 17-dən yaşadığımız  qəsəbədəki zibil qabları MİS(JEK) tərəfindən götürülüb və 500 metr məsafədə, Bakı neftayırma zavoduna məxsus olan sexin girəcəyinə atılıb”. Hurriyyet.org xəbər verir ki, bu barədə Nefçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib.

“Neçə müddətdir ki, əhali əziyyət çəkir”

Qəhrəmanlının sözlərinə görə, MİS nümayəndəsi isə əhaliyə məlumat verib ki, bunu onlara İcra Hakimiyyətindən tapşırıblar: “(bax. şəkildəki cənab) Həmin tapşırığın hansı formada və niyə olduğu aydınıaşdırılmır  Neçə müddətdir ki, əhali əziyyət çəkir. 500 metr məsafəni gedə bilməyən yaşlı , xəstə insanlar zibili küçəyə atmağa məcbur olur. Minik maşını olan sakinlər zibillərini maşınla daşımağa məcburdurlar. Sərt karantin dövründə  İH-nin bu qərarı sakinlər üçün ciddi problem , virusun daha çox yayılması üçün isə  şərait yaradıb.  Problem həllini tapmazsa, virusun daha sürətlə yayılmasına  təkan verə bilər”.

“Hələ də  müraciətlərimizə heç bir cavab verilməyib”

“Mövcud problemlə əlaqədar 24.06.2020-ci il tarixində Bakı şəhər İH-nin saytında qeyd olunan (994 12) 492-63-11 saylı telefona və  24.06. və 29.06.2020-ci il tarixlərində isə Xətai rayon İH-nin saytında göstərilən (994 12) 490-08-08 telefonla zəng edib mövcud vəziyyəti izah edib onlardan problemin həlli üçün kömək istəmişik. Bundan əlavə, Bakı şəhər və Xətai rayon İcra Hakimiyyətlərinin veb-səhifələrində əlaqə üçün qeyd olunan  e-mail adreslərinə ([email protected]) və[email protected] mövcud problemin həlli üçün müraciətlər də göndərməyimizə baxmayaraq, hələ də  müraciətlərimizə heç bir cavab verilməyib. Bu gün isə 100 nəfər qəsəbə sakini bu cənaba yazılı müraciət göndərib”,-deyə NHMT sədri əlavə edib.

Şamo EMİN, Hurriyyet.org