50 yaşlı kişi intihar etdi – Neftçalada

30

Bu gün səhər Neftçala rayonunda intihar hadisəsi baş verib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Haqverdili kənd sakini, 1970-ci ildə anadan olmuş Eldar Fazil oğlu Hüseynov özünü yaşadığı evin həyətindəki ot damında asaraq intihar edib. E.Hüseynovun uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.