50 milyonluq Azərbaycan türkünün prezidenti!

69

Prezident İlham Əliyev “5-ci kolon”u sarsıdıb, ölkədə qayda-qanun yaradanda ermənilər başa düşməli idi ki, ağır zərbə alacaqlar. İnanırıq ki, Qarabağ işğaldan tam təmizlənəcək, ordumuz hələ Zəngəzur və Göyçəni də işğaldan azad edəcək. Qoy ölkəsini yalanla idarə edən  Paşinyan bizim Prezidentin Türkiyə, Rusiya telekanallarına verdiyi müsahibələrə qulaq assın və başa düşsün ki, torpaqları işğaldan azad etməyə məhkumdur.

Ölkəmizdə milli həmrəylik hökm sürür. Ermənilər isə əvvəlki rus-erməni işğalının oyunlarına düşüb, özləri özlərini qırır.

Bizim xalqın Həmrəylik günü 8 sentyabrdan başlayır – 31 dekabr 8 sentyabra dəyişilməlidir. Cənubi Azərbaycan türkləri də İlham Əliyevi özlərinin prezidenti qəbul etdi. İndi İlham Əliyev 50 milyonluq Azərbaycan türkünün prezidentidir.

Biz inanırıq ki, İlham Əliyev humanitar atəşkəs rejiminə əməl etməklə əddalətli mövqe tutdu. Bildirdi ki, Qarabağ erməniləri bizim vətəndaşlarımızdır. Cənab Prezident qoy bir həqiqəti bilsin, erməni öz körpəsinə beşiyində diktə edir ki, türk sənin düşmənindir. Mən bunu Xalq Təsərrüfatı İnstitunda tələbə ikən erməni qadınlarından eşitmişəm: ”Biz bakılıyıq, amma bizim valideynlərimiz türkü özünə düşmən bilir. Siz də türksünüz”- demişdilər. Bizim xalq rəhmdil və tolerant xalqdır. Erməni isə öz yalanları ilə özünü dünyada ən etibarsız xalq kimi tanıdıb. Onlar sübut etdilər ki, “erməni soyqırımı” öz uydurmalarıdır. Artıq bütün dünya – Fransa və Angela Merkeldən başqa – heç kim onları dəstəkləmir. Qoy Angela bilsin ki, 1918-ci il həmin indi dağıdılan Gəncədə ermənilər fitva ilə almanları Qazaxıstana sürgün etdirmiş, mal-mülklərini, ev-eşiklərini özlərininki etmişdilər. Bunamı görə Merkel erməniləri dəstəkləyir?! Qoy heç olmasa sürgün olunmuş həmvətənlərinin ruhunu incitməsin.
Məhbub Zülfüqarlı,
ADP İmişli RT-nın sədri