5 gün əvvəl Ermənistan MTX və MN Paşinyana 4750 canlı qüvvə itkisinin olduğunu məruzə edib

147

“Nikol Paşinyan ölümə hörmət etmir və heç vaxt etməyib. Nikol hər şey etdi ki, müharibə qurbanlarının “üzü” olmasın”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan öz “Facebook” səhifəsində yazıb.

“Fakt odur ki, 5 gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi məruzə edib ki, bu ana olan məlumatlara görə 2250 ölmüş və parçalanmış, 1400 ölmüş və hələ parçalanmamış, 1100 itkin düşmüş əsgərimiz var. Sənədlə Ermənistan Baş nazirinə məruzə edilmiş, təsdiqlənmiş 4750 ölüm”, – deyə o bildirib.