“5-ci kolon”un uduzması və vətəndaş cəmiyyətinin uğurları

90

Bəşər tarixində bir sıra ölkələrdə dövlətin və hakimiyyətin orta, hətta ən yuxarı təbəqəsində yer almış, bürokratik düzən içində şəxsi və ya hansısa ölkənin maraqları çərçivəsində nizamın tərəfdarı olanlar “5-ci kolon” statusunu daşımışlar. Onları tək ilgiləndirən özlərinin komprador maraqları çərçivəsində yaşamaq tərzi olubdur. Beləliklə də həmin ölkələrdə avtoritarizm, diktatura, hətta daha qəddar rejimlər hökm sürübdür. Beləliklə də vətəndaş cəmiyyəti daim küncə sıxışdırılmış durumu yaşamaq zorunda qalıbdır. Bu tip ölkələrdə həyat cansıxıcı, maraqsız, gələcəyə inam və digər mənfi hallar üstünlük təşkil edib. Hansı ölkədə “Beşinci Kolon” anlayışı yoxdursa, orada daim inkişaf prosesləri müşahidə olunubdur. Vətəndaş cəmiyyəti, hakimiyət və dövlət arasında böyük uzlaşmalar bütün uğurlara imza atıbdır. Orada demokratik proseslər üstün səviyyədə inkişaf edib. Azərbaycanda 2018-ci ildən başlanılan kadr və struktur islahatlarının bəhrəsi artıq 2020-ci ildən etibarən bəhrəsini verməkdədir.

Cəmiyyətin bütün uğurlarının əsil səbəbləri

“5-ci kolon” dediyimiz anlayış ölkəmizdə bir sıra xarici dövlətlərin ideoloji, siyasi və sosial anlamda strateji hədəflərinə xidmət edib. Buraya sadəcə keçmiş Çarlıq və Sovet Rusiyasının yaratdığı metropoliyasına daxil olan zümrələr deyil, həm də Yaxın və Uzaq Şərqdən, hətta Qərbin maraqları çərçivəsində hərəkət edən sosial baza da daxildir. Azərbaycanı Somali, Yəmən, Livan, Nigeriya, Liviya, İraq, Suriya və digər dövlətlərdə uzun illərdir yaşanılan vətəndaş müharibəsi hadisələrinə yönləndirmək, yuyulmuş beyinlər sayəsində neokolonial düzənə bağlı bir ölkəyə çevirmək, hansısa böyük dövlətin əlaltısına çevirmək kimi hədəflərə bağlı region kimi təqdim etmək prosesləri demək olar ki, baş tutmadı. Ona görə ki, dövlət və vətəndaş cəmiyyətinin uzlaşmış hədəfləri bütün bunların qarşısını ala bilmişdir. “Məmur oliqarxiya” düşüncə sisteminə bağlı olanların 2018-ci ildə baş verən növbədənkənar prezieent seçkiləri sonucunda mövcud hakimiyyətdən uzaqlaşdırılması, bunun ardınca dövlətə bağlı yeni düşüncə tərzinin dəyərlərini daşıyan “menecer-texnokratlar”ın strateji postlara təyin olunmasının sonucunda addım-addım əsil vətəndaş cəmiyyətinin formalaşması proseslərinə təkan vermiş oldu. Dini və ideoloji baxımdan ölkəni orta əsrlərin pantesit düşüncə sisteminin dibinə yuvarlatmaq üçün gerizəkalı və teoloji anlayışı vətəndaş savaşlarına sürükləmək üçün “cihadçı” qruplaşmalara qarşı dövlətin barış mövqeyi də bu prosesdə mühüm rol oynamışdır. İndi nə “məmur oliqarxiya”, nə də “cihadçı” qafa ilə Azərbaycanda hakimiyyəti ələ almaq və onu sonu bəlli olmayan mıcralara sürükləmək kimi sosial baza anlayışı yoxa çıxıbdır. Bunun qarşıslığında tamamilə yeni bir anlayış, milli dövlət olmanın standartları çərçivəsində atılan addımlar hər kəsin maraqlarını uzlaşdıra biləcək dəyərlər hakim olmağa başlayıb. Vətəndaş cəmiyyəti və dövlətin bir ortamda yaşamaq, inkişaf etmək, daha da irəli gedərək bu prosesdə hansı uğurları daha inkişaf etdirmək kimi mövzular yaşanılan proseslərin əsas aparıcı mövzularından birinə çevrilibdir. Belə bir anlayış Azərbaycanda demək olar ki, son iki yüz ildə ilk dəfədir formalaşmaqdadır. Dövlət və vətəndaş cəmiyyətinin birgə addımlayaraq ortaq şəkildə inkişafın dəyərlərinə sahib çıxaması bu uğurların açarı hesab olunur.

Vətən bizi birləşdirən ana hədəfdir

“5-ci kolon” adlandırılan zümrənin hakimiyyətin müxtəlif səviyyədə kürsüləridən uzaqlaşdırılması mərhələsi faktiki olaraq başa çatmasa da, Azərbaycan cəmiyyəti artıq bu istiqamətdə bir sıra uğurların canlı şahidinə çevrilmişdir. Belə ki, oxloqratik düşüncə və nepotizmə söykəmli baxışların aradan qaldırılması sayəsində tammailə yeni düşüncəyə malik, dünyanın inkişaf etmək olan yeni nizamlarının dəyərlərini bilən mütəxəssislərin onları əvəz etməsi bu yolda atılan addımların doğru olduğunu sübut edən əsas faktordur. Xüsusilə 30 ildir Azərbaycanın 25 faizdən çox ərazisinin işğalçı Ermənistan ordusu tərəfindən azad ediıməsi mərhələsinin başlanması və bu istiqamətdə atılan addımlar dövlət və vətəndaş cəmiyyətinin ən qısa zamanda ortaq dəyərlər çərçivəsində hərəkət etməsinə səbəb olmuşdur. İndi hər kəs vətən bizimdir, onun üçün hər kəs kimliyindən asılı olmayaraq öz tövhəsini verməlidir anlayışı ilə hərəkət edir. Ölkənin 50 siyasi partiyasının bu prosesdə iqtidar-müxalifət demədən bir araya gələrək işğal olunmuş ərazilərimizin azadlığı naminə birgə addımlayırlar. Başqa dövlətlərdən fərqli olaraq, belə bir nizamın gündəmə gəlməsində heç bir kənar gücün və ya dövlətin barışdırıcı missiyasına da ehtiyac olmayıbdır. Çünki, hamını bir araya gətirən vətən anlayışı olmuşdur. Elə bu təfəkkürlə ilk addım olaraq Kəlbəcər kimi strateji bölgədəki Murov dağı zirvəsinin Milli Ordumuz tərəfindən ələ keçirilməsi cəmiyyətdə çox böyük inam yaratmış oldu. Daha sonra Tərtər rayonu istiqamətindən Ağdərə bölgəsinin ən strateji nöqtələrinin ələ keçirilməsi, işğal altında olan bir sıra kəndlərin azad olması bu ümidləri daha da artırdı. Goranboy, Füzuli, Cəbrayıl, Tərtər və digər bölgələrdə çox qısa zamanda Ermənistanın işğalçı silahlı quldur dəstələrinin məhv ediıməsi, bir-birinin ardınca azad edilən kəndlər Azərbaycan cəmiyyətində çoxdan gözlənilən uğurlara görə sevinclə qarşılandı. Xüsusilə Xocavənd rayonunun Hadrut qəsəbəsi və çox kəndlərin erməni silahlı quldur dəstələrindən azad edilməsi 1924-ci ildə Sovetlər Birliyinin zorla yaratdığı “Dağlıq Qarabağ” anklavı anlayışının aradan qaldırılması istiqamətində mühüm addım kimi cəmiyyət tərəfidən alqışlandı. Çünki, Xocavənd rayonu strateji baxımdan Şuşa, Xankəndi və Ağdərə bölgələrinin Ermənistanın işğalı siyasətinin tamamilə iflasa uğradılması istiqamətində mühüm addımların başlanğıcı deməkdir. Bu müqəddəs savaşda sadəcə Azərbaycan Milli Ordusu deyil, həm də vətəndaş cəmiyyəti adına orduya qoşulaN minlərlə könüllülərin əməyi mühüm addımlardan biri oldu. Ölkə prezidenti və Ali Baş Komandan İlham Əliyevə çağırışlarına verilən bu dəstək artıq ölkəmizdə tamamilə yeni bir anlayışın formalaşmasına təkan oldu. Vətəndaş cəmiyyətinin digər dəstəyi könüllü şəkildə Milli Orduya dəstək kimi ianələrin toplanılması, zəruri qida məhsullarının, dərman və digər vasitələrin yardımları çox böyük coşqu ilə qarşılandı. Hər şey Vətən üçün kimi ali bir dəyər dəyər milli iradəyə çevrilmiş fəlsəfi baxışların pik nöqtəsinə çevrilmiş oldu. Bu məsələdə uduzan tərəf işğalçı Ermənistan oldu. Artıq erməni cəmiyyətində depressiv düşüncə sistemi də dərinləşməkdədir. Min ildir xəyali “Böyük Ermənistan” siyasətini yürüdən bu xalq addım-addım məğlub olduqca, büynəlxaq qmiqyasda havadarlarını itirdikcə depressiyaya düçar olmaqda davam edir. Ona görə də Azərbaycan Milli Ordusu daha böyük uğurlara imza atmaq imkanlarını genişləndirə bilir. Çünki, vətən anlayşı və vətəndaş cəmiyyəti bir bütündür.

Ermənilərin işğalçılıq siyasətinin iflası

Min ildir xəyali “Böyük Ermənistan” ideyasının faşizm həddinə qədər yoluxnuş erməni cəmiyyəti bu gün Azərbaycanın işğal altında olan ərazilərindən qovulduqca, digər dövlətlərdə addım-addım bu uöurlara olan inama dəstək aksiyalarının ilkin təzahürü  ğzünü göstərməkdədir. Belə ki, Türkiyənin altı vilayətinə (Ağrı, Muş, Ərzurum, İqdır, Qars, Amasiya), Gürcüstanın Ahısqa vilayətinə (Cavaxetiya), Cənubi Azərbaycanın Culfa, Xoy,  Urmu, Səlmas, Qoşaçay, Sulduz, Mərənd, Miyanə, Ələmdar, Makı və digər şəhər və bölgələrinə, Rusiya Federasiyasının Krasnodar vilayətinə, Ukraynanın Krım vilayətinə olan ərazi iddiaları da həmin ölkələrin cəmiyyətinin gözü qarşısında tam iflasa uğramaqdadır. Təbii olaraq bu məsələnin bir sıra görünməyən və dilə gətirilməyən tərəfləri də vardır. Belə ki, Azərbaycan Milli Ordusunun qələbələri, xarici diplomatik münasibətləri ilə yanaşı, alimlərimizin, politloqlarımızın, KİV-lərin, eləcə də diaspor təşkilatlarımızın atdıqları uğurlu addımlar bu prosesin sürətlənməsinə təkan olmuşdur. Bu gün Ermənistan və erməni xalqına dünyanın harasında olursa, olsun işğalçı, başqa xalqların və ya dövlətlərin ərazilərinə heç bir əsası olmayan iddiaları sərgilyən toplum kimi yanaşılır. Erməni faşizminin əlamətlərinin canlı şəkildə şahidi olanlar son zamanlar Azərbaycan respublikasının Gəncə, Mingəçevir, Goranboy, Tərtər, Daşkəsən, Tovuz, Gədəbəy, hətta Ermənistandan azından 500 km uzaqda yeləşən Xızı rayonuna atılan mərmilərlə bağlı dünya mətbuatına bu barədə bilgilər verməkdədirlər. Gəncədə ölən körpə uşaqların, qocaların və qadınların barəsində gedən canlı video çəkilişlər demək olar ki, 30 ildir susqun qalmış BMT, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatları, eləcə də Ermənistana daim dövlət səviyyəsində dəstək verən ölkələri hərəkət gətirmişdir. Dünya mətbuatı ermənilərin bu qədər amansız və qəddar olması barəsində silsilə reportajlar yayınlamaqdadırlar.
Bütün bu maraq doğuran proseslər məhz Azərbaycanın vətəndaş cəmiyyətinin ölkə daxilində və xaricdə yaşayan diaspor təşkilatlarında yeni canlanmanın nəticəsində  olaraq ortaya çıxmışdır.

Daim narazı olan qaçqınlar və günümüz

27 ildir öz doğma torpaqlarından məcburi qaçqın və ya köçkün düşmüş Azərbaycan vətəndaşlarının əksəriyyətinin qəlbinin dərinliklərində qaysaq bağlamış narazılıq, etiraz, hətta üsyan həddində bir anlayış yuva salmışdı. Çünki, onlar evlərindən, yurd-yuvalarından məhrum idilər. Çox ağır və üzücü bir həyat yaşayıdılar. Əcadadlarının məzarını görə bilmirdilər. Çünki, onların ruhu işğal edilmiş ərazilərdə qalmışdı. İndi əldə olunan uğurlar  onlara həmin ruhu geri qaytarmışdır. Artıq vətən torpaqlarına geri dönə biləcəkləri ümidinin işıq saçdığına hər kəsdən daha çox sevinirlər. Onlar ən qısa zamanda doğma torpaqlarına geri dönəcəkləri anın həsrəti ilə yaşayırlar. Bütün bunlar Azərbaycan dövlətinin xalqının, eləcə də bütünləşən vətəndaş cəmiyyətinin uğurları sayılır. Artıq hər hansı dövlət bizimlə amiranə tərzdə danışa bilmir. Çünki, dövlət nədir hər kəs onun yanında yer alıb.

“Hürriyyət”