“5-ci kolon”un çöküşü və milli dövlət olmanın strateji konturları

78

Azərbaycan xalqı özünün olana sahib çıxmaq üçün birlik nümayiş etdirməkdədir

Azərbaycanda “Beşinci Kolon”un mövqeləri sarsıldıqca, dövlət əsil olmanın bütün çalarları da üzə çıxmaqdadır. Müstəqil bir dövlət olaraq, tam sərbəst şəkildə istədiyi qərarları ala bilmək və bu istiqamətdə gərəkən addımları atmaq xeyli dərəcədə sərbəst imkanlara malik olmaqdadır. “Beşinci Kolon”nun hakimiyyətdəki dayaqları, xüsusilə prezidentin icra aparatı, Milli Məclis və Nazirlilər Kabinetindəki dayaqları 30 ildir ki, Azərbaycanın tam müstəqil dövlət kimi qərarlar verməsinə mane olurdular. 2018-ci il aprel ayında keçirilən prezident seçkilərindən sonra addım-addım kadr və struktur islahatlarına başlanılmasının nə qədər faydalı olacağına çoxları inanmırdı. Hətta xəyallarına belə gətirmirdilər. “Hürriyyət” qəzeti olaraq bu yöndə ilk analitik yazımızla çıxış etdik. “Neofeodalizm”dən, yəni məmur oliqarxiya sisteminin tamamilə dağıdılması prosesi ölkəmizdə köklü islahatlara yol açacaqır.

“Beçinci Kolon”nun çöküşü və milli dövlət

2019-cu ildə bir sıra nazirlərin, dövlət qulluğu sahələrində dəyişməsi, bunun ardınca ən azından neoimperiya sitasəti yürüdən Rusiyaya, İran mollakratiya rejiminin gizli hədəfləri çərçivəsində fəaliyyət göstərən çetelər və şəbəkələrin aradan qaldırılması prosesləri ilə müşahidə olundu. Bu sahədə xüsusilə icra hakimiyyəti şəbəkəsində yer alan əksər məmurlarla vidalaşmalara başlanıldı. Dirəniş göstərənlərə isə, dövlətin sərt iradəsinin tələb olunan tərəfləri gündəmə gəldi. 2020-ci ildə artıq qətiyyətli dönüş kursu ilə hərəkət edildi. Belə ki, “Beşinci Kolon”nun başında duran və ona rəhbərlik edən “Boz Kardinal”ın hüdudsuz səlahiyyətləri əlindən alındı. Sürətlə çökən “Beşinci Kolon”nun mövqelərinin daralması həm də uzun müddətdir Azərbaycanı Rusiyadan asılı duruma sürükləyən mövqelərinin iflasa uğramasına səbəb oldu. Beləliklə iddia olunan “Rusiyanın Azərbaycanda 80 minlik cəsusu var” və onlar istədikləri şəraitdə hökm etmək gücünə malikdirlər mifi tamamilə darmadağın edildi.

“Beşinci Kolon”nun çöküşü həm də bu “cəsus şəbəkəsi”nin yerli satqınlar və sapqlnlar tərəfindən onların maliyyələşdirilməsinə gətirib çıxardı. Belə bir münbit şəraitin yaranmasının ardınca milli dövlət olmanın strateji konturları gündəmə gəldi. İlk öncə 1992-ci ildə dönəmin prezidenti Əbülfəz Elçibəy tərəfindən əsası qoyulan “Azərbaycan-Türkiyə müttəfiqliyi” ideyası ilk dəfə rəsmi statusunu ortaya qoydu. Türk Dövlətləri Parlament Şurası, Türk Dövlətləri İqtisadi Şurası, TÜRKSOY kimi qurumlardan daha üstün olan addım atıldı. Bu, “Türk Dövlətləri Təhlükəsizlik Şurası”nın yaradılması ilə sonuc qazandı. 2019-cu ilin payızında Bakıda keçirilən ilk toplantının ardından “İşçi Qrupları” yaradıldı. Mərkəzi Türkiyənin başkəndi Ankara olmaqla “Türk Dövlətləri Təhlükəsizlik Şurası”na  rəhbərlik Azərbaycan prezidenti İlham Əliyevə bağlı idi. Şuranın ardından “Beşinci Kolon”nun iflasına start verildi. Azərbaycan fundamental qərarlar qəbul etməklə regionun güclü dövlət statusunu nümayiş etdirdi. Milli dövlət olmanın bütün çalarları artıq dövlətin və xalqın həyat normasının bir parçasına çevrildi. Dövlətin müstəqil iradə nümayiş etdirməsi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bir qədər şaşırdıcı görünürdü. Çünki, Azərbaycan ilk növbədə 30 ildir işğal olunmuş ərazilərini geri qaytarmağa hazırlaşırdı. Lokal sərhəd qarşıdurmaları ilə acı bağırsaq kimi 30 ildir uzanan problemin həllində Azərbaycandan savayı kimsə maraqlı tərəf kimi çıxış etmirdi. Milli dövlət olmanın dadını cəmiyyət 12 iyul 2020-ci il tarixdə Tovuz rayonu ərazisində Ermənistanın provakasiyalarına verilən cavablar və ardınca beynəlxalq həmrəyliyi əldə etmək artıq üfüqdə görünən yeni uğurların təməli demək idi.

Beynəlxalq Birliyin “sülh madonnası”

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusunun 30 ildir Ermənistan tərəfindən işğal edilən ərazilərinin, “Dağlıq Qarabağ”, Qarabağ və ətraf bölgələrin azad edilməsi üçün bütün cəbhə boyunca hərəkət keçdi. İldırım sürətli bu hərbi əməliyyatlar əslində beynəlxalq qanunlarda da təsbit olunduğu kimi, antiterror tədbiri idi. İşğal olunmuş ərazilərin işğalçı silahlı erməni quldur dəstələrindən təmislənməsində qeyri-adi heç nə yox idi. Kəlbəcər, Ağdərə, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Cəbrayıl rayonları çevrəsində aparılan bu antiterror əməliyyatları Milli Ordumuzun uğurları ilə müşahidə olundu. Ermənistanın bütün dövlət stukturları Rusiya, Avropa Şurası, Avropa Birliyi, BMT, ATƏT və digər dövlətlərə, beynəlxalq təşkilatlara yalvarışlar dolusu dəfələrlə müraciətlər göndərdilər. Halbuki, beynəlxalq təşkilatlara  öncədən bildirilmişdi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinə Suriya, Livan, İraq, Yəmən, Sudan və digər Yaxın Şərq ölkələrindən İran prezidenti Həsən Ruhaninin rəhbərliyi altında PKK, YPG, PYD, PEJAK kürd terrorçuları, eləcə də ermənilərin “Erməni İntiqamçı Ordusu” (Suriya), “Qırmızı Erməni Silahlı Qrupu”, “Asala” (Livan), “Hezbollah”, “Hüseyniyyun”, “Mehdi Ordusu” (İran, Suriya, İraq) və digər terrorçu dəstələr yerləşdiriliblər. Təkcə PKK-nı təmsil edən 2 min terrorçu Dağlıq Qarabağda yerləşdirilib. Bu faktları sübut edən süjetlər, digər sənədlər belə beynəlxalq birliyin qulağından külək kimi vız edib keçirdi. Sanki, bölgədə hər şey öz axarı ilə stabil şəraitdədir. Azərbaycan Ordusu antiterror əməliyyatlarına başlayan kimi, qəflət yuxusundan oyanan beynəlxalq birlik 30 ildir sevə-sevə zümzümə etdiyi “Sülh danışıqları” nəğməsini bu dəfə xorla və özü də ucadan oxumağa başladı. Bir günlük antiterror əməliyyatları sonucunda Azərbaycan Ordusu faktiki olaraq, ermənilərin və onlara yandaşlıq edən beynəlxalq terror qruplaşmalarının mövqelərini darmadağın edə bilmək gücünü, eləcə də iradəsini ortaya qoydu. Beynəlxalq birlik isə, durmadan mələk cildinə girərək “sülh danışıqları”nın davam etməsi və bu çərçivədə “problem”in həlli təkliflərini irəli sürdülər. O zaman sual yaranır ki, ATƏT-in Minsk Qrupu adı ilə 30 ildir bu problemlər niyə həll edilmədi? 1992-1993-cü illərdə BMT Təhlükəszilik Şurasının qəbul etdiyi qətnamələrə niyə əməl olunmadı? Deməli, işin iində “iş” var.
Azərbaycan dövlətinin öz iradəsini ortaya qoyması əslində bütün beynəlxalq birliyin kürkünə ““birə” salmağı bacardı. Beynəlxalq birlik gerçəkdən sülh istəyirsə, o zaman Ermənistanın qulağını burmağı da unutmamalıdır. 

Frau Merkelin “fır-fır” diplomatiyası

Fransanın prezidenti Emmanuel Makrondan sonra, Avropa Birliyinin digər nəhəngi Almaniyanın kansleri Angela (Mələk) Merkel hökuməti də Qarabağın düşməndən tamamilə azad edilməsi uğrunda aparılan 12 günlük savaşıa görə Azərbaycana qarşı ultimatum sərgiləməkdən çəkinmədi. Guya onlar Avropanın “burnunun ucunda ” olan savaş bölgələrinə qarşıdırlar. Halbuki, şağdaş bəşər mədəniyyətində humanizmin ən yüksək səviyyədə məkanı kimi tanınan bu iki ölkənin indi belə bir mövqe sərgiləməsi heç də anlaşılan deyil. İndiki dövlət başçılarının öz dövlətlərinin ənənələrini kənara qoyaraq, Ermənistan adı altında yürüdülən neokolonial siyasətini aparan Rusiyanın dolayı yolla müttəfiqinə çevrildiklərinin yaxşıca fərqindədirlər. Gələn il Fransada baş tutacaq yeni seçkilərlə bağlı haradasa E. Makronunun mövqeyini anlamaq olar. Bəs Frau Merkel nədən “Azərbaycan təcili antiterror əməliyyatlarını dayandırmalıdır və  sülh danışıqları üçün masa arxasında oturmalıdır. Bu addımı atmazsa, Avropa İttifaqı tərəfindən sərt təpkilərlə üz-üzə qalmaq zorunda qalacaqdır” bəyanatını veribdir. Bu qədər kibirli mövqe heç qos-qoca Almaniyaya yaraşarmı? Bir ayağı kürəsəl güclərin, digər ayağı ulusal dövlət olmanın yanında yer alan indiki Frau Merkel hökumətinin xarici siyasəti gerçəkdən anlaşılan deyil. Buna Azərbaycanda “haça-paça” və yaxud “fır-fır” siyasəti deyilir.

Ana Yasamızda “Dağlıq Qarabağ Muxtariyyatı” qanunu yoxdur

1992-ci ildə Azərbaycan Milli Məclisinin qərarı ilə keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış “erməni muxtariyyatı” anlayışı ləğv edilib. Bunu beynəlxalq qanunlarla da təsbit etmək üçün “ermənilərin Erməniatan adlı dövləti var və ikinci erməni dövləti anlayışına heç bir zərurət yoxdur” məntiqi ilə cavab verilibdir. 1995-ci ildə ölkəmizdə keçirilən Ana Yasa referendumunun nəticələrinə görə, Azərbaycan Respublikasının ərazisində ermənilərin hüquqlarını nəzərə alaraq “Dağlıq Qarabağ Muxtariyyatı” adı ilə tanınan hüquqi maddələr qəbul edilməyib. Ölkəmizdə yaşayan digər milli azlıqlar kimi onlar da bütün mədəni və sosial haqlarına sahibdirlər məntiqi ilə yanaşılıbdır. Bu mühüm faktı nəzərə almayan Ermənistan tərəfi hələ də stalinizmin mirasını dünyaya yaymaqda davam edir. Halbuki, Avropanın özündə, özəlliklə də Almaniya, Fransa, Polşa, İngiltərə, Portuqaliya, İtaliya, Bolqarıstan, Yunanıstan və digər ölkələrdə milli azlıqlara stalinizmin siyasi kursu ilə ayrıca dövlət statuslu “muxtariyyat” uzun illərdir verilmir. Avropada sesessionizm və ya muxtariyyat adlanan statuslu qaydalara görə, Flandriya (Belçika), Bask (İspaniya), Batı Trakiya, Çameriya (Yunanıstan), Valloniya (Fransa), Kornoull, Uels, Nortumbriya (İngiltərə),  Kelt Liqası, (Şotlandiya), Bavariya, Friziya, Luji (Almaniya), Padaniya (İtaliya), Frisiya (Hollandiya) və s. etnik separatizm ocaqlarının sayı yetərincədir. Avropa dövlətlərinin heç biri milli azlıqlara indiyə kimi  xüsusi dövlət statusuna bərabər “muxtariyyat” statusunu verməyib. Ermənilərə görə Azərbaycanla bağlı dərhal diktator “stalnizmin mirası”nı xatırladırlar. “Xalqların öz müqəddəratını təyin etmə hüququ”nu xatırladırlar. Halbuki, ermənilərin Ermənistan adlı dövləti var və burada erməni xalqı müqəddəratını formatından asılı olmayaraq həll edibdir. Bunu beynəlxalq hüquq və təşkilatlar, nəhəng dövlətlər görmürlərmi? Əgər görmürlərsə, deməli Azərbaycanı bir dövlət olaraq tanımamaqda israrlıdırlar. Belə çıxır ki, Rusiyadan sonra, indi də onlar özlərinin “Beşinci Kolonu”larını yaratmaq üçün çaba göstərirlər? Unutmayın ki, bir daha əsla Azərbaycanda hansısa kolona ehtiyac yoxdur. Çünki, əsil dövlət olmanın düsturuna indi-indi imza qoymaqdayıq. Bu, ölkəmizin işğalçılıq siyasətinə qoyulması prosesidir.

Ənvər Börüsoy