4 nəfər mərmər sexinə basqın edib mühafizəçini döydü – BAKIDA QULDURLUQ

    30

    Bakıda quldurluq hadisəsi törədilib.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 5-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən mərmər sexinə gəlmiş 4 nəfər naməlum şəxs orada mülki mühafizəçi işləyən Göygöl rayon sakini Kamal Kazımovu döyərək oradan 1000 manat dəyərində mərmər daşını “QAZel” markalı avtomobildə aparıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi başlanıb.

    Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Feyruz Məmmədov saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.

    Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.