4, 5, 6 və 7 iyulda hava şəraitinin kəskin isti keçməsi ilə bağlı sərəncam verilib – Azərbaycan

    9

    Baş nazir Novruz Məmmədov hava şəraitinin kəskin isti keçməsi ilə bağlı sərəncam imzalayıb.

    Hurriyyet.org bildirir ki, Nazirlər Kabinetinin sözçüsü Akif Əli BBC News Azərbaycancaya bildirib ki, sərəncamda isti hava ilə bağlı Əmək Məcəlləsindən irəli gələn tələblərə riayət olunması haqqında məsələlər öz əksini tapıb.

    Sərəncamda deyilir ki, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar bütün müəssisə, idarə və təşkilatların, eləcə də işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərləri Əmək Məcəllləsinin "Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması" tələbinə ciddi riayət olunması təmin edilsin.