44 günlük Vətən müharibəsində biz bunun canlı şahidləri olduq. Lakin bəzi adamların …– Eldar SABİROĞLU

783

Gerçəkdən böyük və qürurlu bir millətə sahibik. Əslində yeni Amerika kəşf etmirəm. Ürəyimdən qopan bu duyğuları xoş gəlsin deyə dilə gətirmədim. Haqqı söylədim. Bu xalqı enmək, milli heysiyyatına toxunmaq sadəcə mümkün olan bir iş deyilmiş!!!

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 27 sentyabrda başlanan 44 günlük Zəfər savaşı xalqımızın qəhrəmanlıq əzmini təsdiq etdi. Vətən, torpaq uğrunda ürəyinin odunu, qəlbinin alovunu əsigəməyən bu xalqın gücünü, birliyini, erməni faşizmininə qarşı ölüm-dirim mübarizəsində qətiyyətini bütün dünya gördü. Ordumuz yağı və mütrüf düşməni torpaqlarımızdan silib-süpürdü. İşğalçı dövlətin müharibədə ifşasına dair xeyli mövzular var. Onları birər-birər ictimai rəyin müzakirəsinə təqdim etməliyik. Dayanmamalıyıq. Əlimizi daşın altına qoyaraq qəvi düşmənə qarşı informasiya müharibəsinin sürətini artırmalıyıq. Bunun nə qədər əhəmiyyətli olduğunu, beynəlxalq ictimai fikirdə lehimizə hansı müsbət dəyişiklikləri gətirdiyini müharibə gedə-gedə Ali Baş Komandanın simasında çox aydın və parlaq şəkildə hiss etdik.

Prezident bu mübarizəsi ilə həm də onu sübut etdi ki, ədalət və həqiqətin tərəfindədir. Ərazilərimizə girən və 30 il müddətində torpaqlarımızı havadarlarının köməkliyi ilə əsarət altında saxlayan erməni faşizminə öz yerini göstərilməli idi. Döyüşlərdə
düşmənə çalın-çarpaz dağ çəkdik. Hansı ki, 200 illik dövrü əhatə edən bir tarixdə əhilləşdirilməsi cətin olan bu vəhşi, ziyankar küçə itləri belə bir dərslə qarşılaşmamışdılar. Azərbaycan bu dərsi onlara verdi. Unutmaları artıq mümkünsüzdür.Çox yəqin ki, İt küçükləri bundan sonra məğlubedilməz millət olduqlarını xəyal etməzlər. İçi peyinlə dolu olan erməninin başını əsgərimiz elə əzmədi ki, yenidən dikələ bilsin. Belini qırdıq düşmənin. Ölənədək yalnız sürünə-sürünə hərəkət etməkdən başqa çarələri qalmadı.

Tayqulaq Andranikin törəmələri ilə yalnız bu cür davranmaq tələb olunurdu. Hər cürə təhqirə, aşağılayıcı, alçaldıcı söyüşə layiq olan erməninin natəmiz
alnına tarixin yazdığı və üç hərfdən ibarət sözü təzələmək lazım gəlir.Tüpürçəklə yağlayıb alınlarına təkrar yapışdırmağın vaxtı çoxdan çatmışdı. Onlara insan sözü yaraşmır. Heç adam da deyillər. Görün, İşğal zamanı zəbt etdikləri kənd və qəsəbələrdən çıxmamış hansı vəhşi hərəkətlərə yol verirlər!? Evləri ucdan-tutma yandırır, meyvə ağaclarını kəsir, yolları söküb dağıdırlar. İndi onlara necə adam deyək!? Günahdır vallahi-billah!!!Olsa-olsa bayaq dediyim kimi bu vəhşilərin hərəkət və murdar əməllərini küçə itləri ilə müqayisə edə bilərik.
Nəhayət ki, erməni faşistlərinin qeyri-insani, xain və ləyaqətsiz bir toplum olduqlarını yer üzü gördü. Ona görə də yuxarıdakı misalı erməni şərəfsizliyinə uyğun yanaşma baxımından səsləndirdim.

Bu günlərdə əldə etdiyim başqa bir məlumat məni son dərəcə heyrətləndirdi. Erməni üçün namus və şərəf hissi doğrudan yoxmuş. Əsir düşmüş erməni əsgərləri arasında xeyli sayda döyüşçü ölməmək üçün ya özünü, ya da kəndə qayıtmaq imkanı verildiyi halda arvadını, qızını, gəlinini gətirib Azərbaycan əsgərinə təhvil etmək istəyinin qarşılığığında güllədən xilas ola bilməyiblər. Azərbaycan əsgəri bu təklifin cavabı olaraq atəşi əsir ermənilərin ağızlarına sıxaraq onları cəhənnəmə vasil ediblər. Haqlı cəzadı!!!

Döyüş təcrübəsi dünyanın peşəkar orduları ilə müqayisə edilən Azərbaycanın Silahlı Qüvvələrinə beynəlxalq birliyin verdiyi dəyər hər birimizdə böyük ruh yüksəkliyi yaratmaqla bərabər Ordumuza xalqın güclü dəstəyini və inamını daha yüksək ucalıqlara qaldırır. Əgər hərbi nailiyyətlərimizə imkan yaradan vəzifələr dövlətimiz və onun rəhbəri İlham Əliyev tərəfindən vaxtında həyata keçirilməsəydi, ordu quruculuğu sahəsində uğurlu islahatlarlar aparılmasaydı, çox yəqin ki, düşmən üzərində bu günkü qələbə barədə iftixar hissi ilə danışa bilməzdik. Silahlı Qüvvələrimizi müasir standartlar səviyyəsinə çatdırmaq üçün dövlətimiz nə gərəkdirsə onu etdi. Ordunun maddi-texniki təminatından tutmuş hərbi kadrların yetişdirilməsi, döyüş hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılmasınadək aparılan uğurlu hərbi siyasət nəticə etibarı ilə işğalçı Ermənistan üzərində qələbəmizi təmin etdi.

Bu, bir həqiqətdir. İftixar hissi ilə qeyd edərdim ki, Ermənistanı yalnız öz hərbi imkanlarımız hesabına məğlubiyyətə uğratdıq və savaşdan qalib çıxdıq. Düşmənin demək olar ki, bütün hərbi texnikasını sıradan çıxardıq. Minlərlə əsgərini məhv etdik. Bununla həm də dünyaya göstərdik ki, Azərbaycan Ordusu əvvəlki ordu deyil. Artıq onunla hesablaşmağın zamanıdır.

Azadlıq meydanında keçirilən Hərbi Paradda bu zəfərin tükənməz sevinci və bu sevinci Azərbaycana bəxş edən qəhrəman Ordumuzun müşahidə etmək bəxtəvərliyini yaşamaqdan gözəl özgə nə ola bilər!? Xüsusi zövq alacağımız bu anları səbirsizliklə gözləyirik.

Düşmənin ayaqlarımız altında qalan və darmadığın etdiyimiz hərbi texnikasına baxdıqca ürəyimiz dağa dönəcəkdir. Zəfər qələbəmizdə Azərbaycanı bir an belə tənha buraxmayan Türkiyənin, xüsusən Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın böyük mənəvi-siyasi dəstəyini iftixar hissi ilə qeyd etməyi şəxsim olaraq özümə mənəvi borc sayıram və onun həyat yoldaşı ilə bərabər Azadııq meydanında Hərbi paradı izləmək üçün Bakıya səfər edəcəyini bəyan etməsi Türkiyə prezidentinin BİR MİLLƏT, İKİ DÖVLƏT prinsipinə nə qədər bağlı və səmimi olduğunu isbat edir.

Türkiyənin quruculuq tarixinə böyük töhfələr verən Cümhurbaşqanı Ərdoğanı Bakıda Hərbi Paradda görməkdən və gözlənilən çıxışı ilə Azərbaycana göstərdiyi mənəvi dəstəkdən aldığım sevinci sözlə ifadə etməyə çətinlik çəkirəm. yaradacağı şəksizdir. Eyni zamanda İki böyük liderin Zəfər qələbəmizə həsr edilən Hərbi Paradda yanaşı dayandıqlarının nə qədər qürurverici hadisəyə çeviriləcəyini indidən təsəvvür edirəm.

Müasir Türkiyənin siyasi-iqtisadi-sosial və hərbi sahədə əldə etdiyi yüksək nailiyyətlər məhz prezident Ərdoğanın adı ilə bağlıdır. Lakin təəssüflər ki, Türkiyənin bu günkü sürətli inkişafını gözü götürməyənlər Ərdoğana qarşı tələlərdən və çirkin niyyətlərindən hələ də əl çəkmək istəmirlər. Qarşılığında isə butün hücumların önündə qürur və əzmini itirməyən Ərdoğan bütün fitnə-fəsadlara, xəyanət və iblisliklərə qalib gəldi. Onu yıxa bilmədilər. Çünki döyüş meydanlarında bərkiyən və polad möhkəmliyini qazanan şəxsiyyətləri asanlıqla devirmək olmur.

O, düşməni ilə sonadək vuruşmağı sevən möhkəm dövlət adamıdır. Onun yüksək və ciddi xarekterik cəhətlərindən biri və başlıcası ölkəsiinin çıxarlarına zidd olan böyük dövlətlərin və aydın olsun deyə fikrimi daha sadələşmiş formada bildirərək Türkiyəyə və onun rəhbərinə qarşı birləşmiş QRUP DÖVLƏTLƏR qarşısından əsla qaçmadı. Əksinə bütün qüvvəsi ilə mübarizəsini səfərbər edib bütün savaşlardan qalibiyyətlə çıxdı. 15 iyun çevrilişə cəhd zamanı dediyi bir fikir bu gün də yaddaşlardadır. İstanbuldan ulusa səslənən prezident Ərdoğan deyir: “Son nəfəsimədək dövlətimə qarşı olanlarla vuruşacağımı bəyan edirəm. Çevrişçilər məni heç bir halda qorxuda bilməzlər. Etibar etdiyim adamlardan gördüyüm xəyanətlər isə tövrümü azca ağrıtsa da, nikbinliyimi, mübarizə əzmimi söndürə bilmədi. Savaşdım, hətta əqidə yoldaşlarımdan diqqətli olmağa dair eşitdiyim çağırışlar belə məni inandığım və iman gətirdiyim haqq və ədalət yolundan döndərə bilmədi”.

Biz də burada-Azərbaycanda sayın Ərdoğan üçün dualarımızı əsirgəmirdik. Bakıdakı GÖY MƏSCİDDƏ Türkiyəyə və onun liderinə Allahdan dualar etdik. Ankaraya tuşlanmış xain əllərə isə lənət və nifrinlərimizi bildirdik. Hərbi helikopterlərdən, səmanı lərzəyə gətirən hava uçaqlarından Ankaranın bombardıman edildiyi dəqiqələrdə bu nəhəng dövlət adamı öz müvazinətini qətiyyən itirmədi. Eyni tərzi mən 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin şəxsində hiss edərkən qürurlandım. Hər iki lideri bir-birinə bağlayan qətiyyət və fədakarlıq kimi sarsılmaz xüsusiyyətləri Qarabağ müharibəsində müşahidə edərkən insanın daxili aləmi fərəh hissi ilə dolurdu.

Ermənistanı beynəlxalq ictimai rəydə vəhşi dövlət və millət olaraq ifşa edən önəmli amillərdən biri kimi ciddi
təbliğat və informasiya siyasətinin yürüdülməsinin çox böyük əhəmiyyət kəsb etməsi inkar oluna bilməz. Buna informasiya müharibəsi də deyirlər. Ali Baş Komandanımızın bu istiqamətdə apardığı təkbaşına mübarizəsi, zəngin fakt və konkret dəlillərə əsaslanan xarici mediayaya verdiyi mükəmməl çıxış və müsahibələri ermənin kimliyini və vəhşiliyini açıb göstərdi. Bu yaramaz millət barədə prezidentimizin ictimailəşdirdiyi məlumatlara diqqət çəkən beynəlxalq birlik artıq erməni faşizminin necə axmaq və qeyri-insani keyfiyyətlərə malik olduğu barədə əvvəlki fikirləri tamamilə alt-üst etdi.

İnformasiya müharibəsi işi çətin bir sahədir. Hər adam bu yükü daşıya bilməz. Bunun üçün hərtərəfli bilik və savadın, dərin təhlil qabiliyyətinin olması çox zəruridir. Müharibəyə komandanlıq etməsi ilə yanaşı informasiya mübarizəsi məsələsində də düşməni məğlub duruma saldı. İlham Əliyev döyüş meydanında düşməni məhv etdiyi kimi təbliğat davasında da işğalçını tərksilah edərək onu dərin mazut quyusunun dibinə tulladı.

Azərbaycanı Türkiyə qədər sevən və bu yolda ürəyinin odunu-alovunu, gözlərinin nurunu əsirgəməyən Rəcəb Tayyib Ərdoğanın bu səfərini canlandıracaq hekayətimə az da olsa, nəfəs vermək qərarına gəldim. Etiraf edim ki, fikir məni götürmüşdü. İlahi, necə olacaq, bacara biləcəyəmmi!? Görəsən, Ərdoğanı olduğu kimi vəsf etmək mənə nəsib olacaqmı!? Gizlətmirəm,Türkiyənin müasir tarixinə parlaq imzasını atan Ərdoğan barədə yazı qələmə almağın ağır məsuliyyətini bütün varlığımla duyurdum. Nəhayət, hər şeyi gözümə alıb özümü bu riskin altına atdım. Haradan başlayım, necə yazım? Bu sual üzərində düşüncələrimi qətiləşdirdim və Cümhurbaşqanının ata yurdu haqda qısa xatirələrimlə bu çətin yola çıxdım.

Üç il əvvəl ailəvi olaraq dostum Budaqla Trabzona səyahət edirdik. Qara dənizin sahilləri ilə bu səfərimiz mənə xüsusi zövq verirdi.Trabzonun keçmişinə aid tarixi proseslər sanki beynimdə qaynayırdı. Oxuduqlarımdan biri yaddaşıma hakim kəsildi. Tarixçi Eusebiusaya görə Trabzonun quruluş tarixinin eramızdan əvvəl 756-cı ilə təsadüf etdiyini xatırladım. Qədim yunan tarixçisi versiyasında Trabzonun İstanbuldan və Romadan daha qədim şəhər olduğunu israr etməsi yolboyu fikir və düşüncələrimdən ayrılmadı. Doğrudanmı belədir!? Budaqdan soruşdum ki, Rizəyə hələ var!? Az qalıb dedi. Ərdoğanın ata yurdunu ziyarət etmək üçün Rizəyə getdik. Soraqlaşıb ata evini tapdıq. Yaşıl meşələrin qoynuna aldığı və ucalıqda bitən ata ocağının füsunkar yamacından göz suyu qədər axan təmiz və duru bulaqdan bir bardaq su içib yolumuza davam etdik. Burada qaynayan bulaq suyu həm də çox sərin idi.

Bu gözəl diyarın Türkiyəyə bəxş etdiyi Ərdoğan şəxsiyyətinə görə sadə, səmimi, duyarlı olduğu qədər də çox mürəkkəb xarekterə sahibdir. Haqqında yazılanlardan aldığım təəssüratlar belə deyir. Bəlkə səhvə yol verirəm… Hər şeyə rəğmən onu türk insanı üçün canını, ömrünü qurban verməyə hazır olan Atatürk timsallı cəsur dövlət başçısı kimi tanıyıram. Bu cür əlçatmaz şəxsiyyətləri Allah hər an insanlığa hədiyyə olaraq bəxş etmir… Daha uzatmaq istəmirəm.

Və sonda məni məyus edən bir məsələyə fikrimi bildirməklə yazıya nöqtə qoyuram. Azərbaycanı silkələyən elə bir hadisəni xatırlamıram ki, Türkiyə yanımızı kəsdirməsin. 44 günlük Vətən müharibəsində biz bunun canlı şahidləri olduq. Lakin bəzi adamların türk əsgərinin Qarabağa ayaq basmasını istəməməsinə sadəcə heyrət etdim. Ərdoğan haqda yazımı da bu səbəbdən yarımçıq kəsdim ki, narazılığa səbəb yaratmayım…

Eldar Sabiroğlu

Keçmiş millət vəkili, ehtiyatda olan polkovnik