44-cü dairə müəmması: Hacı Salayevdən sonra Mais Səfərli də geri çəkildi

27

Yurddaş partiyasının sədri Mayıs Səfərli də deputatlığa namizədliyini geri çəkib.

Partiya sədri 44-saylı Sumqayıt-Xızı Seçki dairəsindən namizədliyini irəli sürmüşdü.

Lakin o namizədliyini müəmmalı şəkildə geri götürüb.

Ondan başqa həmin dairədən 2 dəfə deputat seçilən Hacı Salayev də ötən gün namizədliyini geri çəkib.

Qeyd edək ki, hazırda 44-saylı Sumqayıt-Xızı Seçki dairəsindən şahmatist, Sumqayıt Bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarova, yazıçı Varis Yolçuyev, jurnalist Nəsimi Şərəfxanlı namizəddir.

Hakim partiya isə həmin dairədən Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlinin namizədliyini irəli sürüb./bakupost/