40 yaşlı kişi özünü asdı – Gəncədə İNTİHAR

    9

    Gəncə şəhərində intihar hadisəsi olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

    Şəhər sakini, 1979-cu il təvəllüdlü Sadiq Əsədov yaşadığı evdə özünü tavandan asaraq intihar edib.

    İntiharın səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.