“40-dək nömrəsiz yük maşınları Belarusa doğru irəliləyir” – Putin Lukaşenkoya dəstək üçün hərbi qüvvə göndərir?

75

Rusiyada 40-dək “Ural” və KamAZ markalı nömrəsiz yük maşınlarının Belarus sərhədinə doğru irəlilədiyi müşahidə edilib.  

Bu barədə məlumatı Conflict Intelligence Team (CIT) yayıb.

Məlumata görə, həm nəqliyyat vasitələrində 600-dək insan yer ala bilər. Bununla birgə, “Twitter”də Belarusda ZTR karvanının görüldüyü barədə məlumatlar yayılıb.

Qeyd edək ki, avqustun 15-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə sərhədyanı bölgədə yerləşən Vitebskdəki desant briqadasını ölkənin qərbindəki Qrodnoya göndərib. Buna səbəb ölkənin Qrodnoda vəziyyətin gərginləşməsinin qarşısını almaq olub/Report.