4 maydan sonra İtaliyada karantin yumşaldıla bilər – Baş nazir açıqlama verdi

36

İtaliyada yoluxma və ölüm tempinin azalması karantinin yumşaldılması ümidini yaratdı  

Hurriyyet.org xəbər verir ki, koronavirusun ağır iqtisadi böhrana səbəb olduğu İtaliyada yoluxma və ölüm sayındakı azalma normal həyata dönüş üçün zəmin yaratmaqdadır. İtaliyanın baş baziri Cüzeppe Konte karantin tədbirlərinin 4 may tarixində yumşaldılacağını bildirib.

Hazırda dünyada 4,5 milyard insanın karantin şərtləri yaşayır. Baş nazir C.Konte “Feysbuk” səhifəsindəki açıqlamasında Kovid-19 səbəbindən ölkə miqyasında 10 mart tarixindən bəri qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin 4 may tarixindən etibarən yumşaldılacağını bildirib. Konte yazıb: “Bu həftə başa çatmadan sizə ikinci mərhələ ilə bağlı detallı proqramı açıqlayacağımıza ümid edirəm.  Çox güman ki, 4 maydan etibarən yeni bir planın tətbiqinə başlayacağıq”.

Şimaldakı bölgə rəhbərlərindən və iş dünyasından iqtisadiyyatın yenidən işə düşməsi tələblərindən də danışan Konte ikinci dalğa təhlükəsindən bəhs edərək deyib: “İstehsal sisteminin nüfuzunu qorumaq hədəfinə də laqeyd deyilik. İndiki məhrələdə belə bir ümumi açılış qərarı məsuliyyətsizlik ola bilər. Bu, yoluxma sayının nəzarətsiz şəkildə artmasına və indiyə qədər həyata keçirdiyimiz bütün səylərin boşa getməsinə yol ama bilər”.

İtaliyada yeni tipli koronavirusa ilk yoluxma halı 21 fevral tarixində qeydə alınıb, hazırda ölkə karantin rejimindədir. İtaliyada indiyə qədər 181 228 yoluxma, 24 114 ölüm halı qeydə alınıb.

Hurriyyet.org