3 yaşlı Tuncay sizə möhtacdır – Onu ölümdən XİLAS EDİN!

3

3 yaşlı Əzizzadə Tuncay Ağa oğlu qan xərçəngindən əziyyət çəkir.

Publika.az xəbər verir ki, səhv diaqnozdan bir müddət müalicə alan Tuncayın vəziyyəti getdikcə pisləşir. Uşaq Hemotologiya və Transfuziologiya İnstitutunda mütəmadi müalicə alır. Külli miqdarda vəsait tələb olduğundan müalicəni davam etdirmək ailənin imkanı xaricindədir. Tuncayın ağciyər xəstəliyindən əziyyət çəkən atasının demək olar ki, daimi işi yoxdur.

Tuncayın hər kəsin köməyinə çox böyük ehtiyacı var. Ona xəstəliklə mübarizədə qalib gəlməyə dəstək olaq.

Mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə və ya nağd formada təqdim edə bilərsiniz.