3 ölü, 10 yaralı var – Ağır qəza yenə can aldı – VİDEO

    27

    Qax rayonunda mikroavtobusun yoldan çıxaraq aşması 2 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnib.

    Hurriyyet.org-un məlumatına görə, ağır qəza Yevlax-Zaqatala-Gürcüstan magistralının Qaxın Tanqıt kəndindən keçən hissəsində baş verib. Zaqatalanın Qandax kənd sakini, 42 yaşlı İlkin Əliyevin sükanı arxasında olduğu, Zaqatala-Mingəçevir marşrut xətti ilə hərəkət edən mikroavtobus Mingəçevir istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ağaclara çırpılıb. Hadisə zamanı sürücü İlkin Əliyev və sərnişin, 67 yaşlı Rahilə Mikayılova dünyalarını dəyişiblər, 8 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağırıdır. Şahidlərin sözlərinə görə, mikroavtobus ağaclara çırpılmazdan öncə qarşıdan gələn yük maşını ilə toqquşub. Yük avtomobilinin sürücüsü isə öz yolu ilə hərəkət etdiyini və mikroavtobusun onun yoluna çıxdığını deyib.

    Sərnişinlər mikroavtobusun sürücünün sükan arxasında yatdığını söyləyiblər. Müayinələr zamanı isə onun infarkt keçirdiyi və nəqliyyat vasitəsinin idarəetmədən çıxdığı məlum olub.

    Göyçayda isə minik avtomobilinin ağaca çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Ötən gecə Göyçayın Ləkçiplaq kənd sakini, 30 yaşlı Sabir Seyidovun idarə etdiyi minik avtomobilinin qarşısına it çıxıb. Maşın iti vurduqdan sonra idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Sürücü və 2 nəfər sərnişin- Rüstəm Həmidov və Əfsər Rəhimov Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq Rüstəm Həmidovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alanların vəziyyəti isə ağırdır. Hər iki faktla bağlı araşdırma aparılır. \\Xezerxeber.az

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: