39 yaşlı qadın dərmandan zəhərləndi – AĞSTAFADA

    9

    Ağstafa sakini dərmandan zəhərlənib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun Köçəsgər kənd sakini, 1979-cu il təvəllüdlü Əsgərova Pərvanə İman qızı zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

    Məlumata görə, P.Əsgərova həddən artıq sakitləşdirici dərman qəbul etdiyi üçün özünü pis hiss edib.