38 yaşlı xarici vətəndaş Bakıda koronavirusdan öldü

66

Bakıda Qazaxıstan vətəndaşı 38 yaşlı Dastan Toktasınov halı pisləşdiyi üçün 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) aparılıb.

Bildirilir ki, pasiyent xəstəxanada tənəffüs çatışmazlığından vəfat edib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Xarici vətəndaşın COVID-19-a yoluxduğu ehtimal edilir. Belə ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəz yalnız koronavirus xəstələrini qəbul edir.