35 illik PKK/PYD bəlasının SONU GƏLDİ! – “Terroru tamamilə darmadağın etdik, nəfəs alacaq halı qalmadı”

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin baş nazirinin müavini Rəcəb Akdağ bu gün jurnalistlərə açıqlamasında deyib: “Xüsusilə son iki ildə terroru tamamilə darmadağın elədik. 35 illik böyük bir bəlanı Türkiyənin üzərindən qaldırdıq. Bu gün mübarizəmiz davam edir, amma artıq PKK terrorunun nəfəs alacaq halı qalmayıb. Digər terror təşkilatlarına da heç aman vermirik”.

    Akdağ 19-25 dekabr hadisələrini, HDP və PKK-nın çuxur siyasətini, 15 iyul çevriliş cəhdini xatırladaraq deyib: “Bunların heç birində R.T.Ərdoğan və tərəfdaşlarını məğlub edə bilmədilər. Türkiyə böyüməyə davam elədi, ölkədə rifah və sabitlik artdı. Xüsusilə son iki ildə terroru tamamilə alt-üst elədik. 35 illik böyük bir bəlanı Türkiyənin üzərindən götürdük. Bu gün də mübarizəmiz davam edir, lakin artıq PKK terror təşkilatının nəfəs alacaq halı qalmayıb. Digər terror təşkilatlarına da heç aman vermirik”.

    Hurriyyet.org