33 yaşlı kişi özünü asdı – BAKIDA İNTİHAR

    6

    Bakıda 33 yaşlı kişi özünü öldürüb.

    Hurriyyet.org xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində 1985-ci il təvəllüdlü Şahin Əliyev yaşadığı evin həyətində özünü asaraq intihar edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır./report/