33 qəzetə maliyyə yardımı ayrıldı – SİYAHI

    12

    İyunun 29-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

    Hurriyyet.org-un məlumatına görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

    Fondun icraçı direktoru Vüqar Səfərli müzakirəyə çıxarılan məsələlər barədə danışarkən "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiyini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini xatırladan icraçı direktor müsabiqədə yeni iştirak edən qəzetlərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

    Sonra qəzetlərdən daxil olmuş sənədlər ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

    Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

    Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Azərbaycan Mətbuat Şurasının "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin məqsədi mediamızın inkişafında xidmətləri olmuş veteran jurnalistlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsidir. İcraçı direktor qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 12.000 manat vəsaitin ayrılması təklif olunur.

    Müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov – sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Bəhruz Quliyev, Rasim Həsənov və Ayaz Mirzəyev layihənin veteran jurnalistlərin sosial qayğılarının həlli baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Şura üzvləri layihənin maliyyələşdirilməsi üçün 12.000 manat məbləğində vəsaitin ayrılması təklifini yekdilliklə qəbul ediblər.

    Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

    2018-ci ilin II yarısı üzrə layihələrinin maliyyələşdirilməsi təklif olunan qəzetlər və nəzərdə tutulan maliyyə vəsaiti

    Qəzetlər

    Təklif olunan məbləğ

    1.

    "Kaspi” qəzeti

    60 000

    2.

    "Yeni Azərbaycan” qəzeti

    60 000

    3.

    "Səs” qəzeti

    60 000

    4.

    "Mövqe” qəzeti

    60 000

    5.

    "Ədalət” qəzeti

    60 000

    6.

    "525-ci qəzet”

    60 000

    7.

    "Bakı-Xəbər” qəzeti

    60 000

    8.

    "Yeni Müsavat” qəzeti

    60 000

    9.

    "Kaspiy" qəzeti

    60 000

    10.

    "Ekspress” qəzeti

    60 000

    11.

    "Palitra” qəzeti

    60 000

    12.

    "Paralel” qəzeti

    40 000

    13.

    "Həftə içi” qəzeti

    40 000

    14.

    "Azad Azərbaycan” qəzeti

    40 000

    15.

    "Şərq” qəzeti

    40 000

    16.

    "Xalq Cəbhəsi” qəzeti

    40 000

    17.

    "Futbol+Qol” qəzeti

    40 000

    18.

    "Bizim Yol” qəzeti

    40 000

    19.

    "Olaylar” qəzeti

    40 000

    20.

    "Novoye Vremya” qəzeti

    30 000

    21.

    "Futbol+” qəzeti

    30 000

    22.

    "Üç Nöqtə” qəzeti

    30 000

    23.

    "Azernews” qəzeti

    30 000

    24.

    "Unikal” qəzeti

    20 000

    25.

    "Olimpiya Dünyası”qəzeti

    20 000

    26.

    "Oxu məni” qəzeti

    20 000

    27.

    "Hürriyyət" qəzeti

    20 000

    28.

    "Reytinq" qəzeti

    9 000

    29.

    "Təhsil Problemləri" qəzeti

    9 000

    30.

    "The Business Times" qəzeti

    9 000

    31.

    "Hərbi And" qəzeti

    9 000

    32.

    "Türküstan" qəzeti

    9 000

    33.

    "İqtisadiyyat" qəzeti

    9 000

    CƏMİ

    33 Redaksiya

    1.234.000