31 yaşlı kişi döyülərək qətlə yetirildi – GƏDƏBƏYDƏ

    9

    Şəmkir sakini Gədəbəydə döyülərək qətlə yetirilib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, ötən gün Daşkəsəndə qeydiyyatda olub Şəmkirdə yaşayan 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlunun meyiti Gədəbəy rayonu ərazisində aşkarlanıb. İlkin məlumata görə, o, döyülərək qətlə yetirilib.

    Faktla bağlı Gədəbəy rayon Prokuorluğunda cinayət işi açılıb, araşdırma gedir.