30 yaşlı qadın bıçaqlandı – Masallıda

6

Masallıda baçaqlanma hadisəsi baş verib..

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Masallı şəhəri, Heydər Əliyev prospekti 46/2 ünvanında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Şəhanə Məhəmməd qızı Həşimova gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyatda olunub.

Yaralıya qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

"Report"un əldə etdiyi məlumata görə, Ş.Həşimovanı bir evdə yaşadıqları mərhum qaynının arvadı ailə münaqişəsi zəminində bıçaqlayıb.

Zərərçəkmişin polis tərəfindən ifadəsi alınmadığından hadisənin detalları hələlik məlum deyil. Qohumlar isə Ş.Həşimovanın özünə xəsarət yetirdiyini söyləyirlər.

Faktla bağlı araşdırma aparılır.