30 yaşlı Həsən gizli yolla Qarabağa girdi və… – Erməni əsgərlər QORXUDA

    6

    İran vətəndaşı olan 30 yaşlı Həsən Qolani Sayat Əli Araz çayı üzərindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə keçərkən erməni hərbçilər tərəfindən tutulub.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

    Məlumata görə, Həsən mayın 18-də Araz çayı üzərindəki körpü vasitəsilə Qarabağ ərazisinə daxil olmaq istəyərkən saxlanılıb.

    Hazırda həbsdə olan Həsənin İrəvana aparılacağı və orada istintaqa təhvil veriləcəyi deyilir.

    Ermənistan KİV-i Həsənin kəşfiyyatçı olmasından qorxurlar, onun xüsusi istintaq altında saxlanılmasının səbəbi də məhz bu qorxudur.