30 yaşdan sonra hansı qidalar təhlükəlidir?

    6

    ABŞ alimləri cavan qalmaq üçün 30 yaşdan sonra bəzi qidalardan imtina etməyi məsləhət görür.

    Hurriyyet.org-un məlumatına görə, alimlər hesab edir ki, gənclik yaşını adlamış insan üçün ən təhlükəli ərzaq şəkərdir. Şəkər dərinin kollagen (bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan xüsusi zülal) və elastin liflərini zədələyir. Bu isə dərinin qırışmasına, hamarlığın itməsinə səbəb olur.
    Ekspertlər artıq çəkidən can qurtarmaq üçün ağ çörəkdən, xəmir mayasından, ağ undan hazırlanan ərzaqlardan uzaq durmağı tövsiyə edir. Onlar piylənmənin yaşlı insanlarda daha sürətlə getdiyini vurğulayır.
    Alimlər ketçup və mayonezi də qara siyahıya daxil ediblər. Mütəxəssislər hesab edir ki, istənilən sous xörəyin kalorisini artırdığına görə təhlükəlidir.
    Ekspertlərin məsləhət görmədiyi qidalar siyahısında tərkibində qlüten (buğda, çovdar və arpanın tərkibindəki zülal) olan makaron məmulatları da yer alır.
    Qazlı şirin mayelər, hətta pəhrizli hesab olunan içkilər də tərkibində şəkəri əvəzləyən kimyəvi maddələr olduğu üçün təhlükəlidir. Bu mayelər ürəkdə və qaraciyərdə problemlər yarada bilər.
    Alimlər tərkibində şəkər, yağ və süni əlavələr olduğu üçün şirniyyat məmulatlarını da ziyanlı sayır.(Novator.az)

    HURRİYYET.ORG