30 yaşlı kişi özünü binadan atdı – Sumqayıtda DƏHŞƏTLİ İNTİHAR

117

Sumqayıtda intihar hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini, 30 yaşlı Məmmədov Sadiq Çingiz oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məlumat görə, S.Məmmədov 10 il əvvəl avtomobil qəzası keçirib və fiziki məhdudiyyətli olub. İntiharın səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.