“30 min verib qızımın meyitini xəstəxanadan təhvil aldım” – Video

348

Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova 18 gün əvvəl yerləşdirildiyi “Bona Dea Beynəlxalq Hospitalı”nda ağciyər çatışmazlığından vəfat edib.

Hurriyyet.org xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, ötən gün vəfat edən 22 yaşlı qızın meyiti doğmalarına təhvil verilməmişdi.

Məsələ ilə bağlı sosial şəbəkələrdə videomüraciəti yayılan mərhumun anası Elnurə Məmmədova iddia edib ki, qızının meyiti xəstəxanaya borcları olduğu üçün ailəsinə təhvil verilməyib.

Onun bu müraciətindən sonra gənc qızın meyiti ailə üzvlərinə verilib. Qadın 30 min ödədikdən sonra övladının meyitini təhvil aldığını bildirib.

Məsələ ilə bağlı sujeti təqdim edirik: