“30 ildir başımızın altına yastıq qoyub, bizi yatızdırırdılar”

57

Hafiz Hacıyev: ““Qarabağ münaqişəsi artıq Azərbaycanın xeyrinə həll olunub…

“Bizim başqa torpaqlarda gözümüz yoxdur. Cənab Prezident də bu barədə dəfələrlə deyib. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Biz də öz torpaqlarımızı erməni terroristlərindən azad edirik. Buna görə də heç bir xarici gücü eşitməməliyik”. Bunu “Hürriyyət”ə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. O, bundan sonra da Ermənistanın heç vaxt atəşkəsə əməl etməyəcəyini deyib:

“Torpaqlarımızı işğaldan azad etməyə heç bir xarici güc mane ol bilməz. Bu bizim daxili işimizdir. Heç kim bizə mane ola bilməz. Ona görə ki, müstəqil dövlətik. Müstəqil dövlətin də öz torpaqlarını qorumaq hüququ var. Bizim başqa torpaqlarda gözümüz yoxdur. Cənab Prezident də bu barədə dəfələrlə deyib. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Biz də öz torpaqlarımızı erməni terroristlərindən azad edirik. Buna görə də heç bir xarici gücü eşitməməliyik. Xarici güclərə görə, 30 ildir başımızın altına yastıq qoyub, bizi yatızdırırdılar. Erməni faşistlərini son torpağımız azad olunana kimi çıxartmalıyıq.

Erməni faşistlərinin hiyləgərliyi və bicliyi həmişə olub. Onlar özbaşına olmayıb, onları idarə edən başqa dövlətlər var. Bu baxımdan, orda bir neçə hakimiyyət var. Köçəryan çalışır ki Paşinyanı devirsin. Rusiya da buna çalışır. Ona görə də Ermənistanda bir neçə hakimiyyət hökm sürür. Ermənistan təkbaşına bu qərarları vermir. Azərbaycan atəşkəsə riaət etsə də, Ermənistan etmir. Bu baxımdan, Paşinyanın məsələsi artıq həll olunubdur. Fikirləşirəm ki, Ermənistan heç vaxt atəşkəsə əməl etməyəcək. Torpaqlarımız azad olunandan sonra onların məsələsinə baxarıq. Bizimlə yaşamaq istəyərlərsə, fikirləşərik. Necə güzəştə gedəcəyimizi düşünərik…Amma, onlar heç vaxt atəşkəsə əməl etməyəcək. Özümüzü allatmağa dəyməz”.

Hafiz Hacıyev Rusiyada yaşayan erməni lobbisinin silahları Rusiyadan alaraq, Ermənistana ötürdüyünü deyib. O, artıq azad olunan torpaqlarımızda quruculuq işlərinin başalmalı olduğumuzu qeyd edib:

“Qarabağ münaqişəsi artıq Azərbaycanın xeyrinə həll olunubdur. Artıq Qarabağ məsələsi yekunlaşmaq üzrədir. Buna görə də biz öz torpaqlarımızı erməni faşistlərindən azad edib, torpaqlarımızda quruculuq işlərinə başlamalıyıq.

Cənab Prezident də müsahibəsində bildirdi ki, Rusiyada yerləşən erməni lobbisi Rusiyadan silahları alıb, Azərbaycana qarşı yönəldirlər. Bununla bağlı bütün dünya birliklərinə müraciət də etmişik. Rusiyanın özünün də məqsədləri var. Eyni zamanda Rusiya görür ki, Ermənistan onu biabr etdi. Düşünürəm ki, hər halda bütün məsələlər bizim xeyrimizə həll olunacaq.

Rusiya sülhməramlı məsələsində israr edə bilməz. Çünki bu bizim daxili məsələmizidir. Ölkə başçısı da bunu dəfələrlə vurğulayıb. Biz heç kimin nazıyla oynayası deyilik. Kimin dəvət edəcəyik, kimi dəvət etməyəcəyiksə, bu artıq bizim işimizdir. Buna heç kim qarşıa bilməz…”.

YƏHYA