2 il əvvəl BDU-nun Jurnalistika fakültəsini bitirmişdi – Türkiyədə vəfat etdi – FOTO

    18

    Türkiyədə müalicə edilən azərbaycanlı gənc vəfat edib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl sümük iliyi çatışmazlığı diaqnozu ilə Türkiyədəki özəl klinikalardan birinə yerləşdirilən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Cavid Abbasov dünyasını dəyişib. Onun cənazəsinin sabah Azərbaycana gətiriləcəyi və Gəncədə dəfn ediləcəyi bildirilib.

    Qeyd edək ki, Cavid Abbasov 2017-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

    Allah rəhmət eləsin!