İrəvandan Azərbaycana qarşı “sosium rüzgarı”

129

Və yaxud Arif və Vaqif Kərimov qardaşlarının Azərbaycana xəyanətinin detalları

Ermənistan II Qarabağ Savaşında ağır məğlubiyyətə uğrmasına, ordusunun 80 faizinin tamamilə darmadağın olmasına baxmayaraq, Azərbaycan dövlətinə qarşı bütün sahələrdə düşmənçilik siyasətini davam etdirməkdə israrlıdır. Son günlərdə İrəvanda Rusiya üzərindən dəvət olunan “fəxri qonaq”ların sayı durmadan artmağa başlayıb. Onların çoxu vaxtilə Azərbaycan Respublikasının vətəndaşı olmuş və son illərdə etnik separatizm xəstəliyinin bəlası ilə zəhərlənmiş şəxslərdir. “Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı” təşkilatının sədri Arif Kərimov (əslən Oğuz rayonundandır) qardaşı və həmin “fəxri qonaqlar”dan biri Vaqif Kərimovdur. Demək olar ki, İrəvanda onu çox sayğı ilə qarşılayırlar. Hətta İrəvandakı KİV-lərdə ən çox müsahibələri alınan şəxs Vaqif Kərimovdur. O, həm də vaxtilə qondarma “Dağlıq Qarabağ” rejimi hakimiyyətində yüksək vəzifələr tutmuş Levon Məlik-Şahnəzərovun şəxsi qonağı kimi hotellərdə deyil və birbaşa onun evində müsafir olaraq ağırlanır.

“Samurvi”, Albanvi” və “Lezgivi” ayamalı şərlətanBu ayamalar adı altında uzun illərdir Rusiya, Ermənistan, hətta Qərb ölkələrinin KİV-lərində Azərbaycan Respublikasına qarşı başdan-başa şər-böhtan çamurlarını atan Vaqif Kərimov ermənilər kimi iddia edir ki: “Bu ölkənin qanuni vətəndaşları ləzgilər və ləzgidilli xalqlardır. Eyni zamanda Qarabağ, Naxçıvan, Gəncəbasar bölgələrinin tarixi ermənilərə məxsusdur. Şirvan, Şəki-Zaqatala bölgələri isə, ləzgi və ləzgidfilli xalqlara məxsusdur”. Bununla yanaşı, “Qafqaz Albaniyası” tarixininə Ermənistanda olduğu kimi qeyd edir ki, azərbaycanlılar türk kökənli olduqları üçün ölkəni tərk edərək Orta Asiyaya köçməlidirlər. Belə bir iddianı Moskvada fəaliyyət göstərən “Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı”  təşkilatı rəsmi şəkildə elan etməsə də, ayrı-ayrı funksinerləri tərəfindən gündəmə gətirirlər. Onlardan Ələkbər Ələkbərov, Ruslan Qurbanov, Məmməd Abbasov, Amil Sərkərov, Tahir Eminov, Hüseyn Şahbazov, Cəlauddin Abdurazakov, Cəmaləddin Paşayev, Salman Babayev, Sabir Məmmədov, Ənvər Kisriev, Albert Şəmsəddimov, Madruddin Məhəmmədeminov, Azad Babayev,
Feyzuddin Nağıyev, Şıxməhəmməd Mürsəlov, Asret İbilqasımov, Baqrat Mahmudov, Asali Asaliyev və digərləri etnik bölücülük siyasətində Vaqif Kərimovun silahdaşları sayılırlar. Moskvada nəşr olunan “Qafqaz Albaniyası” kitabının iki cildliyi, iki dəfə keçirilən “Beynəlxalq albanşünaslıq elmi konfransı”, digər tədbirlərin  müəlliflərindən biri də Vaqif Kərimovdur. Bu məsələdə Rusiyada ermənilərə məxsus bank sektoru və işadamları ona dəstək verdiklərini gizlətməyiblər. Çünki, Vaqif Kərimovun Ermənistan xüsusi xidmət orqanları ilə ortaq çalışdığını Rusiyadakı ləzgi təşkilatlarında bilməyən yoxdur. Onu da qeyd edək ki, o daha çox Əli Albanvi və Şıxmet Samurvi imzaları ilə  tanınıb. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu ayamaları ilə Ermənistan xüsusi xidmət orqanları tərəfindən yazılmış bir sıra məqalələr də mövcuddur. Oğuz rayonunun Qarabulaq kəndində anadan olmuş Vaqif Kərimov doğulduğu kəndin adına qarşı təbliğatlar aparmaqdan çəkinmir. Hətta kəndin yuxarı hissəsinin Qızıl Qaya adlanmasına qarşı çıxdığını elan edir. O iddia edir ki, bu gün Rostov vilayətinin Sal rayonunda yaşayan erməniləri guya 1918-ci ildə Nuru Paşa Oğuz rayonundan silah gücünə deportasiya edibdir. Bölgənin əski erməni torpaqları olması iddiasını sərgiləyən V. Kərimov onu da bildirir ki, Qafqaz Albaniyası tarixində ermənilərin çox böyük payı var. Oğuz rayonundakı bütün qədim kilsələr həm alban, həm də erməni kilsəsi sayılır. Ona görə də Azərbaycanın alban tarixinə iddia etməsi mümkün deyil. O, etiraf edir ki, erməni dilini bilməsə də Oğuz rayonundakı kilsələrdə mövcud olan daş yazmalar ermənicədir.

Böhtanlarla dolu yalanlar

Vaqif Kərimov erməni mətbuatına açıqlamalar verir ki, guya Azərbaycanda əhalinin etnik tərkibini qeydə alanda ləzgilərin sayını mümkün qədər azaldırlar. Hətta ləzgiləri mənşəcə kumık millətindən olmalarını qeyd edirlər: “Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdən fərqli olaraq, indiki Azərbaycan iqtidarı daha radikal milliyyətçi siyasət yürüdür. Türkiyə məsələsində biz bir millətik iki dövlət şüarı demək olar ki, iqtidarın başlıca siyasi hədəflərindən biridir. Bizləri, yəni “avtoxon” xalqları görməzlikdən gəlirlər. Ona görə də zamanla aparılan siyasətə görə assimliasiya olunuruq. Bizim apardığımız mübarizənin əsas hədəfi “Ləzgistan” dövlətini hansı yolla olursa, olsun yaratmalıyıq”.
Vaqif Kərimov hər dəfə İrəvan səfərində yeni açıqlamalar verir. Son dəfə bildirib ki, bizlər müsəlman olsaq da, qədim tariximizə görə ermənilərlə eyni aqibəti yaşayırıq. Qafqaz Albaniyası tarixi bizim əcdad mədəniyyətimizdir. Azərbaycanda milli hüquq və azadlıqlarımızı əldə etmək üçün;
a) etnik kimliyimizin identik şərtlərini qoruyaraq mübarizəmizi davam etdirəcəyik,
b) milli-mədəni muxtariyyatımıza və inzibari-ərazi idarəetmə hüquqlarımıza sahib çıxacağıq,
c) sonucda ayrıca öz dövlətimizi qura bilmək üçün ayağa qalxacağıq.

Bu hədəfləri nəzərə aaraq yolda neçə illərdir mübarizə aparırıq. Artıq çoxlu sayda tərəfdarlarımız yaranır. Hüquq və azadlıqlarımızın beynəlxalq səviyyədə tanınması proseslərini “Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı” təşkilatının vasitəsilə həyata keçiririk. Ermənistan və erməni lobbisinin hər addımda bizim arxamızda durduğunu hər birimiz çox yaxşı görürük. Azərbaycan bir dövlət olaraq çökməlidir. Bu adda dövlətin varlığı bizlərin yoxluğumuz deməkdir.  Azərbaycan hakimiyyəti bizim soydaşlaırmızı “vəhabi”, “müşə qardaşları” və sair adı altında terrora məruz qoyaraq onları məhv edir. Ona görə də belə bir siyasətə qarşı eyni dillə cavab verməliyik.
Vaqif Kərimov qondarma “Dağlıq Qarabağ” rejimi məsələsində Ermənistanın irəli sürdüyü bütün şərtlərin müdafiə olunmasının tərəfdarı kimi çıxış edərək bunları da söyləmişdir: “Arsaxda 150 min erməni yaşayır. Onlar muxtariyyat uğrunda mübarizə aparırlar. Deməli Azərbaycanda yaşayan bir milyonluq ləzgilər də onların bu metodu ilə ermənilər kimi hərəkət etməlidirlər. Vaxtilə “Sadval” təşkilatının bunun üçün qurmuşduq (mənbələr: nashaarmenia.info/2020/06/30/вагиф-керимов-история-лезгин-и-армян-д/, ararat-online.ru/articles/3445-vagif-kerimov-u-nas-s-azerbajdzhancami-voobshhe-nichego-net-obshhego.html, aravot-ru.am/2019/12/07/317542/, tolishmedia.com/2019/12/12569, aravot-ru.am/2019/12/07/317542/,

Bakı nədən bizə qarşıdır?

27 oktyabr 2012-ci ildə Vaqif Kərimov İrəvanda ilk dəfə mətbuat konfransında çıxış edərək belə demişdir: “Bu gün rəsmi Bakı bizim apardığmız çübarizəyə qarşıdır. Ancaq, elə bir durum yaradacağıq ki, ayağımıza düşücək. İndiki halda Ermənistana ən böyük dəstəyimiz Azərbaycan Respublikası vətəndaşları olan ləzgi, rutul, budux, udin, aqul, tabasaran, saxur, xınalıq, avar, lak, tat və talışların Dağlıq Qarabağ uğrunda aparılan müharibədə çıxış etməsinlər. Onlar ən azından Rusiya və MDB-nin digər dövlətlərinə köçüb getsinlər. Biz elə bunun üçün “Artsax Respublikası” ilə Qardaşlıq Körpüsü” açmışıq. Bəzi həmyerlilərim bu məsələyə görə məni satqın adlandırırlar. Mən vaxtilə Oğuz, Gəncə və Bakıda fəaliyyət göstəriyim zaman hamı bizlərə çox hörmətlə yanaşırdı. Ancaq, zamanla onu da dərk etdim ki, biz ləzgiləri Azərbaycan hökuməti assimliasiya etmək üçün minbir siyasət yürüdür. Bizim heç bir hüququmuz yox idi”.
Vaqif Kərimov Qarabağla bağlı qeyd edir ki, bu, onların öz daxili işləri və hüquqları çərçivəsində aparılan mübarizədir. Bunun Kremlə heç bir aidiyyatı yoxdur. 100 faiz demək olar de fakto ayrıca dövlət kimi qəbil etməliyik. Bizim Zori Balayan, Levon Şahnəzəryan və İqor Muradyan kimi ideoloqlardan öyrənə biləcəyimiz çox şeylər var. Fiziki baxımdan deyil, ideoloji müstəvidə bu mübarizəni gücləndirə bilsək, o zaman arzu etdiyimiz “Ləzgistan” çox asanlıqla yaranacaq. Bütün bunları gördüyü üçün Bakı bizə qarşıdır. Bizi inkar etməklə həm də müsəlman əhalisi statusu ilə assimliasiyaya məruz qoyurlar. Ona görə də, müsəlman kimi əlimizdə silah tutmuruq.

“Alupan-Alpan Mübarizəsi”

Vaqif Kərimov erməni KİV-nə verdiyi açıqlamlarda bunu da söyləyibdir: “Qafqaz Albaniyasının coğrafi sərhədləri içində “Ləzgistan” ideyasının güclənməsi üçün apardığımız mübarizə çox yenidir. Ancaq, inanırıq ki, Alupan-Alpan adı altında bu mübarizə artıq formalaşmaqdadır. Ləzgi xalqı 300 ildir özgürlüyü üçün mücadilə aparır. Ancaq, heç bir zaman indiki kimi ayıq olmayıb. Artıq məqsədimizi hər kəs çox yaxından təqib edir və açıq şəkildə olmasa da, dəstək verənlərin sayı artmaqdadır. Çoxsaylı milli təşkilatlarımızın varlığı heç də bu mübarizəyə əngəl olmur. Faktiki olaraq “Şimali Ləzgistan” (Dağıstan) bu prosesə tam hazırdır. Biz “Cənubi Dağıstan” proyekti adı altında hədəflərimizə nail ola bilmişik. İndi sırada Azərbaycandır. Bunun üçün güclü dəstək lazımdır. Ona görə də “albanşünaslıq” məsələsini dərinləşdirmək üçün çalışırıq. Milli özünüdərk proseslərinin Azərbaycanda inkişaf etdiriıməsinin yeni yollarını arayırıq. Ən böyük silahımız “Qafqaz Albaniyası” tarixinə sahib çıxmaqdır.
(mənbə: flnka.ru/digest-analytics/851-vagif-kerimov-protiv-nas-baku-i-moskva.html, tolishmedia.com/2019/12/12637
Biz onu da yaxşı başa düşürük ki, Azərbycan və Dağıstan münasibətlərinə sarsıdıcı zərbələr vurmaq üçün, Ermənistanın xüsusi xidmət orqanları “Cənubi Dağıstan” kimi layihələri ortaya atmaqla, bölgədə yaşayan xalqları istədiyi kimi kökləyə bilmir. Çünki, Dağıstan hökuməti və xalqları artıq irəli baxmaq, isti münasibətləri daha da inkişaf etdirmək üçün çalışırlar. Bu münasibətlərdə hər zaman olduğu kimi, qaşılıqlı faydalar götürülür. Hər iki bölgənin sabit və inkişaf yolu da məhz bu faktora bağlıdır.

Ənvər BÖRÜSOY