28 yaşlı oğlan dəm qazından boğulub öldü – Masallıda

    33

     

    Masallıda dəm qazından boğulma hadisəsi baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bədəlan kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Bağışov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hadisə yerinə baxış keçirilib, meyit müayinə edilib, həmçinin digər zəruri istintaq hərəkətləri aparılıb.

    Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.