28 Avropa İttifaqı ölkəsi Türkiyəyə qarşı SANKSİYALARDA BİRLƏŞDİ

    36

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqının yeni başçısını seçmək üçün Brüsseldə toplaşmış 28 ölkənin liderləri Aralıq dənizində haqqını arayan Türkiyəni sanksiya ilə təhdid ediblər. Avropa ölkələri Türkiyənin Şərqi Aralıq dənizində təbii qaz və neft axtarışını Cənubi Kipr Yunan Respublikasının və Yunanıstanın təzyiqləri altında bir daha qınayıblar.

    Yaxınlarda Aİ komissiyası sədri vəzifəsindən imtina edən Jan Klod Yunker isə deyib: “Kipri tam dəstəkləyirik. Türkiyənin Kiprə məxsus sularda etdiyi qəbuledilməzdir. Komissiya güclü tədbirlər görəcəkdir”.

    Yunanıstanın baş naziri Aleksis Çipras deyib: “Türkiyənin aqressivliyi artmaqdadır. Bunu yalnız Yunanıstan münasibətlərində yox, ABŞ ilə Avropa arasındakı münasibətlərində görürük”.

    Hurriyyet.org