“28 May Respublika Günü layiqincə qeyd edilməlidir” – ARİF HACILI

30

“Hər çür çətinliklərə rəğmən, xalq olaraq dəyərli bayramımıza sahib çıxmalıyıq”

“Karantin şəraitində də 28 May Respublika Günü layiqincə qeyd edilməlidir”. Hurriyyet.org xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O bildirib ki, Müsavat Partiyası 1 saat ərzində Novxanı kəndində M.Ə.Rəsulzadənin heykəli önündə, karantin şərtlərini nəzərə almaqla tədbir keçirmək barədə qərar qəbul edib: “Həmin gün Hərbi Hava Qüvvələrimizin Bakı şəhərinin səmasında göstərilərini, toplardan fişəng atılmasını, televiziya efirlərində gün ərzində M.Ə.Rəsulzadənin portretinin nümayiş etdirilməsini təklif edirəm. Hər evin balkonundan, ya pəncərəsindən üçrəngli bayrağımız, Rəsulzadənin portretləri asılsa, gecə havaya uçan çıraqlar, dilək şarları buraxılsa bayram tədbirlərimizdə bir yenilik olar. Hər çür çətinliklərə rəğmən, xalq olaraq dəyərli bayramımıza sahib çıxmalıyıq”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org