270 qadının ölümünə səbəb olan TEXNİKİ XƏTA

    9

    Britaniyada kompüter xətası nəticəsində yarım milyona yaxın qadın süd vəzisi xərçənginə qarşı müayinədən keçməyib. İlkin ehtimala görə, texniki xəta 270 nəfərə yaxın pasiyentin ölümünə bais olub.

    Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb.

    Britaniyanın Milli səhiyyə xidməti ildə üç dəfə 50-70 yaşlarında olan qadınları tibbi müayinədən keçirir. Müayinədən keçmək üçün vətəndaşlara çağırış vərəqi avtomatik göndərilir.

    Məlum olub ki, 2009-cu ildən bəri sistemdə yaranan pozuntu nəticəsində yaşı 68-dən yuxarı olan 450 minə yaxın britaniyalı qadın mammoqrafiya müayinəsinə çağırış məktubu almayıb.

    Həmin vaxtdan bəri onlardan 150 min nəfəri (çoxu başqa xəstəliklərdən) dünyasını dəyişib. 270 nəfərə yaxın qadın isə xərçəng şişinin inkişafından ölüb.

    Britaniyanın səhiyyə naziri Ceremi Hant baş verən xəta ilə bağlı müstəqil istintaqın aparılacağını bəyan edib.