26 min dollar… – Dünyanın ən bahalı meyvələri / FOTO

    24

    Meyvələr insan sağlamlığı üçün faydalı olsalar da bəzən qiymətləri ciblər üçün o qədər də sərfəli deyil. Belə ki, dadı ilə məşhur olan meyvələri almaq üçün bəzən yüksək miqdarda pul sərf edə bilərsiniz.

    Bahalı meyvələri təqdim edirik:

    Bu çiyələyin bir ədədi 83 dollara müştərilərə təqdim edilir. Tokioda yerləşən restoranlarda insanlara verilən çiyələklərin rəngi və ölçüsü eynidir. Baha olsa da, gündə 50 qutu satılır.

    Tokio restoranlarından birində gilasın 500 qramı 160 dollara satılır. Bir gilas 4 dollara düşür.

    Kvadratşəkilli qarpızın bir ədədi isə 800 dollara satılır. Eyni zamanda ürəkşəkilli qarpızlar da var.

    Yapon yakut üzümü dünyada sadəcə Yaponiyanın İşikava adasında yetişir. Hər bir salxımın 20 qram ağırlığı var. Üzüm dənələrinin biri isə stolüstü tennis topu boydadır. Qiyməti 6.400 dollardır.

    Yubari Kral qovunu planetin ən lüks və ən bahalı meyvəsidir. Cüt halda satılan yemişin qiyməti 26 min dollardır. \\Medicina.az

     

    Hurriyyet.org