26312 nikah, 11089 boşanma – 9 ayın STATİSTİKASI

36

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26312 nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, hesabat dövründə 11089 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.