25 həkim 5 saat çalışdı – Baxın xanımın qarnından nə çıxartdılar

    36

    ABŞ-ın Konnektikut ştatında yerləşən Denberi hospitalının həkimləri amerikalı qadının yumurtalığından təxminən 60 kiloqramlıq şişi çıxarıblar.

    Bir ay ərzində sürətlə – həftədə 4,5 kiloqram çəki toplamağa başlayan qadın ginekoloqa müraciət edib. MRT müayinəsi zamanı xəstənin yumurtalığında şiş olduğu aşkarlanıb. Həkimlər onun xoş xassəli olduğu qənaətinə gəlsələr də, şiş sürətlə böyüyürdü.

    Nəticədə 25 həkimdən ibarət komanda iki həftə ərzində cərrahi müdaxilə planı hazırlayıb. Bundan sonra keçirilən 5 saatlıq əməliyyat uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti yaxşı qiymətləndirilir. \eurasiadiary.com\