25 yaşlı gənc 58 yaşlı qadını öldürməzdən öncə zorlayıbmış – Ömürlük cəza ala bilər

162

Bərdədə 58 yaşlı qadının xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılır. Məlum olub ki, o, qadını öldürməzdən əvvəl zorlayıbmış.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, qətl törətməkdə ittiham edilən 25 yaşlı Cavid Rəncbərinin cinayət işi üzrə məhkəmə iclası başlayır.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baxılacaq.

Törətdiyi əmələ görə onu 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlum olub ki, Cavid Rəncbəriyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 149.2.4-cü (Zorlama; zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) və 157.2-ci (mənzil toxunulmazlığını pozma; zor tətbiq etməklə) maddələri ilə ittiham irəli sürülüb.

Bərdə rayonu Zümürxan kəndi ərazisində 1962-ci il təvəllüdlü Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyidi yaşadığı evdə aşkar olunub.

İlkin istintaqla 1995-ci il təvəllüdlü Cavid Rəncbərinin həmkəndlisi T.İbadovanı baş nahiyəsindən xəsarətlər yetirib boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.