Şirvanda quldur dəstəsi saxlanıldı

48

Şirvan şəhər sakininə qarşı quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, iyunun 10-da Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevin evinə gəlmiş iki maskalı şəxsin onu döyərək 2 000 manat pulunu götürüb.

Bu barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan sakinləri B.Baxşıyev, E.Əhmədov və R.Məmmədov saxlanılıb.