Azərbaycana sərnişindaşıma yeni mexanizmlə tənzimlənəcək

15

“Azərbaycan hökuməti beynəlxalq uçuşlarla bağlı məsələni müzakirə edir”.

Bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Beynəlxaq uçuşlar bərpa olunarsa, bizim başqa ölkələrlə koronavirus testindən keçmə haqqında sənədləri qarşılıqlı tanımağımıza ehtiyac var. Məsələn, Azərbaycandan Türkiyəyə uçan vətəndaş Azərbaycanda koronavirus testindən keçibsə və ona neqativ nəticə haqqında sənəd verilibsə, onun artıq Türkiyədə bu sənədi tanınacaq və o, həmin ölkədə karantinə götürülməyəcək. Eləcə də Türkiyədən Azərbaycana gələnlərin həmin ölkədə verdikləri testlərinin sənədləri Azərbaycanda tanınacaq”, – o bildirib./report/