2256-cı ildən gələn adam Endryu Karlsin niyə keçmişə səyahət etmişdi?

228

Endryu Karlsin 2002-ci ilin dekabrında 800 dollarla valyuta bazarına girdi. Cəmi 2 həftə sonra 350 milyon dollar sərvətə sahib oldu. Bu möcüzəli yüksəliş FBI tərəfindən şübhə ilə qarşılandı. Bu qədər qısa bir vaxtda bu sərvətə sahib olmaq demək olar ki, imkansız idi.

Ölkə.az xəbər verir ki, FBI 28 yanvar 2003-cü ildə Endryunu ələ keçirdi və sorğuladı. Endryu Karlsin 1.70 boylarında qaraşın bir kişi idi. 44 yaşı vardı. Sorğulamaq üçün polis bölməsinə gətiriləndə çox rahat idi. Özünü sanki hər gün bölməyə gələn adam kimi aparırdı.

Sorğulama başlayanda dediyi sözlər hamının təəccübünə səbəb oldu. Çünki Endryu 2256-cı ildən gəldiyini dedi. O, zaman maşını ilə səyahət etdiyii, gələcəklə bağlı hər şeyi bildiyini söyləyirdi.