22 yaşlı qadın əri tərəfindən 1 yaşlı övladının gözü qarşısında bıçaqlandı

87

Ötən gecə Bakının Sabunçu rayonunun, Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.org-un əməkdaşının əldə etdiyi məlumata görə, hadisə Qara Qarayev küçəsində ailə münaqişəsi zəmnində qeydə alınıb.

Belə ki, 22 yaşlı Ləman Quliyeva həyat yoldaşı tərəfindən kirayə qaldıqları mənzildə bıçaqlanıb. Nəticədə, ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır. Qonşuların bildirdiyinə görə, onların bir yaşlı övladı var. Hadisə elə körpənin gözü qarşısında baş verib.

Faktla bağlı araşdırma aparılır.