22-ci bölmənin qarşısında polis zorakılığı – 2 QIZ VƏ BİR OĞLAN VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ / VİDEO

306

Nəsimi rayonu 22-ci polis bölməsinin qarşısında insident yaşanıb.

Belə ki, hadisə şahidlərinin Hurriyyet.org-a verdiyi məlumata görə, post patrul maşınından düşürdülən iki qız və bir oğlanı vəhşicəsinə döyərək və təhqir edərək polis bölməsinə aparıblar. Saxlanılan oğlanın arxasınca gələn və onun döyülməsini istəməyən xanımlara da zorakılıq göstərən polis əməkdaşları, hər iki xanımı döyməyə başlayıblar. Xanımlardan birinə bölmənin daxilində başına xəsarət yetirdiyi də bildirilir. Ərazidəki insanlar buna mane olmaq istəsə də, buna baxmayaraq, polislər zorakılıqlarını davam etdiriblər.

İnsanların təzyiqiylə qarşılaşan polislər, saxlanılan oğlanı tutmasına səbəb kimi, başqa bir xanıma sataşması kimi əsaslandırıblar.

Hurriyyet.org

22-ci bölmənin qarşısında polis zorakılığı

22-ci bölmənin qarşısında polis zorakılığı

Gepostet von Hürriyyət Qəzeti am Montag, 27. Juli 2020