Hurriyyet.org xəbər verir ki, “World Index” şirkətinə məxsus “The Lancet” adlı təşkilatın məlumatlarına görə, 2100-cü ildə dünya əhalisinin yarıbayarı azalması gözlənilir.
Dünya əhalisi getdikcə artmaqdadır. Hazırda sayı 7,5 milyardı keçib. Təxminlərə görə, 2100-cü ildə dünya əhalisinin sayı 16 milyard nəfərə çatacaqdır. Əhali sıxlığındakı tarazlığın pozulması bəzi rayonlarda həddən artıq sıxlıq səbəbindən özü ilə birlikdə yoxsulluq və müharibə riskini də gətirəcəkdir. Digər tərəfdən hazırda 1,5 milyard insanın yaşadığı Çinin 2100-cü ildə əhalisinin yarısından çoxunu itirəcəyi gözlənilir. Bunun səbəbinin artım sürətinin azalacağı və tətbiq edilən əhali planlamasıdır. Çin əhali sayına görə 3-cü pilləyə enərkən, əhalisinin azalmasına baxmayaraq, Hindistanın birinci, Afrika ölkəsi olan Nigeriyanın isə üçüncü olacağı gözlənilir. Ümumiyyətlə, Afrika qitəsinin 10 ölkəsinin dünyanın ən böyük əhaliyə malik ölkələri olacağı proqnozlaşdırılır.
Araşdırmanın nəticələrinə görə 2100-cü ildə dünyanın ən çox əhalisi olan ölkələri aşağıdakılar olacaqdır:
Hindistan:
2020 – 1,353 milyard
2100 – 1,09 mlilyard
Nigeriya:
2020 – 195,9 milyon
2100 – 791 milyon
Çin:
2020 – 1,393 milyard
2100 – 732 milyon
ABD:
2020 – 328,2 milyon
2100 – 336 milyon
Pakistan:
2020 – 212 milyon
2100 – 248 milyon
Demokratik Kongo Respublikası:
2020 – 84 milyon
2100 – 246 milyon
İndoneziya:
2020 – 267 milyon
2100 – 229 milyon
Efiopiya:
2020 – 84 milyon
2100 – 223 milyon
Misir:
2020 – 98 milyon
2100 – 199 milyon
Tanzaniya:
2020 – 56 milyon
2100 – 186 milyon