“Hər dəfə ayrı-ayrı oğlanlarla görüşürdü” – Şəmkirdə bibisini öldürən gənc – YENİLƏNİB

    6

    Şəmkirdə bibisini qətlə yetirən 20 yaşlı gəncin istintaqa verdiyi ilkin ifadəsi məlum olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, A.Zamanov ilkin ifadəsində bibisini qısqanclıq zəminində öldürdüyünü bildirib: 

    "Tez-tez telefonda kiminləsə danışır, görüş yeri təyin edirdi. Əvvəl elə bilirdim ki, sevdiyi oğlan var. Bir neçə dəfə izlədim, telefonla danışıb evdən çıxandan sonra arxasınca getdim. Gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür. Axşam evə gələndə soruşdum ki, haradan gəlirsən? O, da mənə dedi ki, "özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən". Biz mübahisə elədik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla başladım bibimə zərbələr vurmağa. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam".

    ****

    Şəmkir şəhərində qətl törədən şəxs saxlanılıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhərin Səttarxan 25 ünvanında qətlə yetirilən 1980-ci il təvəllüdlü Aynurə Zamanovanı çox saylı bıçaq zərbələri ilə qətlə yetirən, 1999-cu il təvəllüdlü Ayxan Zamanov saxlanılıb.

    Qeyd edək ki, polisə könüllü təslim olan A.Zamanov qətlə yetirilən qadının qardaşı oğludur və hadisənin qısqanclıq zəminində törədib.

    Faktla bağlı Şəmkir rayon Prakurorluğunda araşdırma aparılır.

     

    ***

    Şəmkir şəhərində qadın qətlə yetirilib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb.

    Şəmkir rayon sakini, 1994-cu il təvəllüdlü Aynurə Zamanova bıçaqlanaraq qətlə yetirilib.

    Faktla bağlı araşdırma aparılır.